Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quli”nin bacısı oğlunu bıçaqlayan “qanuni oğru” saxlanılıb

Gürcü əsilli “qanuni oğru” Quram Çixladze (“Kvejoviç”) Türkiyədə saxlanılıb...

Bu barədə “Praym Kraym” agentliyi məlumat yayıb. Çixladze yanvarın 31-də Türkiyə polisinin əlinə keçib.

Quram Çixladze azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Quli”) insidentdən sonra gündəmə gəlib. Ötən ilin avqustunda İstanbulda otellərin birində Nadir Səlifovla görüşən Quram Çixladze onunla saymazyana danışıb. Bu zaman “Quli”nin yanında olan qazax əsilli kriminal avtoritet

Arman Cumagəldiyev (“Arman Dikiy”) onu yumruqla vurub. Nadir Səlifovun getdikcə oğru dünyasının bir nömrəli personasına çevrilməsini həzm etməyə bir qrup kriminalitet bu faktdan “Quli”yə qarşı istifadə etməyə cəhd göstərib. Lakin Nadir Səlifov kriminal aləmin ali statusundan məhrum etmək mümkün olmayıb. Bundan sonra Quram Çixladze və tərəfdarları İstanbuldakı restoranların birində dostları ilə birgə əylənən Nadir Səlifovun bacısı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavskiy”) ona hücum ediblər. Nəticədə “Maqa Rustavski” bir neçə bıçaq zərbəsi alıb. O, təcili xəstəxanaya çatdırılıb. Bu hadisə “Kvejoviç”i Türkiyə polisinin hədəfinə gətirmiş və o axtarışa verilmişdi.

Maraqlıdır ki, Quram Çixladzenin saxlanılması ilə Türkiyəyə gələn 16 nəfərlik kriminal dəstənin ələ keçməsi eyni günə təsadüf edir. Həmin dəstəyə ukraynalı Anri Malyi adlı şəxs rəhbərlik edib. Bir rus, dörd gürcü, üç ukraynalı və səkkiz azərbaycanlıdan ibarət olan dəstə “Quli”yə sui-qəsd üçün Türkiyə gəlibmiş.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar