Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərminin ölümündə ittiham olunan İlkinin polis qohumu həbs edilə bilər - Səbəb

Polis əməkdaşı Murad Süleymanovun Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialar ciddi surətdə araşdırılmalıdır...

PİA.az xəbər verir ki, bu sözləri Axar.az-a Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əmisi oğlu Murad Süleymanovun irəli sürdüyü iddialarla bağlı danışan hüquqşünas Səməd Vəkilov deyib.

O bildirib ki, Murad Süleymanovun irəli sürdüyü, xüsusilə də İlkin Süleymanovun evində aparılan axtarışlarla bağlı iddialar araşdırılmalı və aidiyyəti qurumlar bu iddialara münasibət bildirməlidir:

Prezident İlham Əliyevin nəzarətində olan bu hadisənin araşdırılması çox məsuliyyətli məsələdir. Bu, həm istintaq orqanı, həm də ictimaiyyət üçün həssas məsələdir. Buna görə Murad Süleymanovun irəli sürdüyü iddialara, həmçinin onun İlkinin evində icazəsiz axtarış aparılması barədə söylədiklərinə istintaq orqanları münasibət bildirməlidir.



Polis haqqında qanunun 24-cü maddəsində polis tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasının əsasları göstərilib. Qanuna əsasən axtarış aparılması üçün hakimin qərarı olmalıdır. Lakin qanunda bir neçə hal qeyd edilib ki, bu hallar qeydə alınarsa, polis əməkdaşları mənzil toxunulmazlıq hüququnu pozaraq orada əməliyyat axtarış tədbirlərini həyata keçirə bilərlər”.

Hüquqşünas onu da bildirib ki, Murad Süleymanovun Nərminin axtarış fəaliyyətinə müdaxilə edib-etməməsi də ciddi şəkildə araşdırılmalıdır.

Qeyd edək ki, Murad Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi zamanı əmisi oğlu, qətldə şübhəli bilinərək saxlanılan İlkinin evində icazəsiz axtarış aparılması, polis yoldaşlarının ona hörmətsizlik etməsi və İlkinin şərlənərək həbs edildiyi, hətta özünün də şərlənmə ilə üz-üzə qalması barədə iddialar səsləndirib və buna görə də xidmətdən azad olunmaq üçün ərizə ilə müraciət etdiyini deyib.

Mütəxəssislər hesab edirlər ki, Murad Süleymanovun bu açıqlamaları ibtidai istintaqın həyata keçirilməsinə mane olacağı təqdirdə, o, 361-ci maddəyə əsasən 200 manatdan 500 manatadək cərimə və 2 il müddətində azadlıqdan mərhum etmə ilə cəzalandırıla bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar