Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin şair, yazıçı, rəssam, aktyor, müğənni, “KVN-şik” deputatları

9 fevralda Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək...

Milli Məclisin yenidən formalaşmasına az müddət qalıb. Hamıya bu dəfə kimlərin deputat mandatı qazanacağı maraqlıdır.

Milli Məclisin bütün çağırışlarında deputatlar arasında müxtəlif peşə sahibləri təmsil olunub. Onlardan bəziləri də xalqın sevimlisi olan məşhur sənət, ictimai fikir adamları olub. Onlar xalqa xidməti parlamentdə də davam etdirməyi seçiblər.

"Yeni Sabah" Milli Məclisin deputatı olmuş həmin tanınmışları təqdim edir.

Parlamentdə ən çox təmsil olunan incəsənət nümayəndəsi Xalq artisti Zeynəb Xanlarovadır. O, Milli Məclisə keçirilmiş bütün seçkilərdə deputat mandatı qazanıb. 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə isə namizədliyini irəli sürməyib.



Azərbaycanın mərhum xalq şairləri Zəlimxan Yaqub və Bəxtiyar Vahabzadə birinci və ikinci çağırış Milli Məclisin deputatı seçiliblər.

Mərhum Xalq şairi Vaqif Səmədoğlu isə birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı olub.

Day.az saytının qurucusu, Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib.

Day.az saytının qurucusu, Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib.

82 yaşlı Xalq şairi Musa Yaqub Milli Məclisə keçirilmiş ilk seçkilərdə mandat qazanıb.

82 yaşlı Xalq yazıçısı, ssenarist Anar da birinci və ikinci çağırış Milli Məclisin deputatı olub.

Mərhum Xalq artisti Amaliya Pənahova isə ikinci çağırış Milli Məclisdə təmsil olunub.

Məşhur heykəltəraş, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov birinci çağırış Milli Məclisin deputatı olub.

Xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1995, 2000 və 2005-ci illərdə millət vəkili seçilib.

Görkəmli aktyor, mərhum Xalq artisti Mikayıl Mirzə də birinci çağırış Milli Məclisə deputat seçilib. İkinci dəfə isə 2002-ci ildə əlavə seçki yolu ilə millət vəkili olub.

Məşhur müğənni, aktyor, Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu isə 1995-ci ildə təkrar səsvermə yolu ilə birinci çağırırş Milli Məclisə deputat seçilib.

Xalq şairi Sabir Rüstəmxanlı da Milli Məclisin dörd çağırışında - 20 il deputat olub.

pia.az


Etiket: Milli Məclis

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar