Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-dən Qubad İbadoğlunun yazdığı “status”a cavab

DİN BDYPİ-dən tanınmış iqtisadçı ekspert Qubad İbadoğlunun sosial şəbəkədə paylaşdığı "status"a cavab gəlib...

PİA.az xəbər verir ki, ekspert DYP-nin yazdığı "status"a verdiyi cavabı paylaşıb.

"DYP idarəsinin yazdığım statusa cavabını sizinlə bölüşür, eyni zamanda verdikləri operativ reaksiyanı və zəruri açıqlamanı təqdir və onu təqdim edirəm.

Hörmətli Qubad İbad oğlunun sosial şəbəkədə DYP əməkdaşlarının hərəkətin təhlükəsizliyinin təmini və tənzimlənməsi işinə verdiyi qiyməti yüksək dəyərləndirir, paylaşdığı fikirlərə və təkliflərə hörmətlə yanaşmaqla bərabər yazıdakı bəzi məqamlara aydınlıq gətirmək istərdik.

Belə ki, ABŞ-da nəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində bir dəfə də olsun polis tərəfindən saxlanılmadığını, lakin yay tətilində Bakı şəhəri ərazisində sərnişini olduğu avtomobillərin, özünün də qeyd etdiyi kimi yol hərəkəti qaydalarının pozulması səbəbindən 2 ildə 5 dəfə YPX əməkdaşları tərəfindən saxlanıldığını qeyd edib. Lakin təəssüflə qeyd etməliyik ki, nədənsə bizim sürücülərimiz ölkə hüdudlarını keçən kimi sanki həmin ölkə vətəndaşlarının xüsusiyyətini dərhal qəbul edərək intizamlı şəxsə çevrilir, qayıdan kimi əvvəlki vərdişlərini davam etdirirlər. Bunun başlıca səbəbi isə bizdə ictimai qınağın olmamasıdır.

Yəni hər kəs elə düşünməməlidir ki, qayda-qanuna riayət olunmasına nəzarəti ancaq hüquq mühafizə orqanları aparmalıdır. Sirr deyil ki, respublikada bəlkə də ən çox maarifləndirmə və təbliğat işləri yol hərəkəti təhlükəsizliyi ilə bağlı aparılmasına baxmayaraq sürücülərimizin əksər hissəsini qayda pozuntularına yol verməkdən çəkindirən ən təsirli vasitə inzibati tənbeh tədbiridir. Hörmətli alim qeyd edir ki, ötən yay Bakıda Novxanı yolunda ABU petroldan dənizə gedən yoldakı işıqforun sola bağlara, Mərdəkan yolunda Şaqana tərəf dönüşdə sərnişini olduğunuz maşınlar eyni səbəbdən - sağa dönüş yoluna girib düz hərəkət etdiyinə görə saxlanılıb və cərimə olunublar. Sual olunur, əgər qaydaları pozublarsa nəyə də cərimə olunmamalıdırlar? Axı onların törətdikləri xəta digər şəxslərin sərbəst və maneəsiz hərəkətinə mane olub. Yaxud, “DYP sürücülərin səhv etmək ehtimalı yüksək olduğu yerlərdə gizlənilir, bir növ mövcud boşluqlardan məqsədli istifadəyə yol verirlər” ifadəsi ilə də razılaşa bilmərik. Çünki yol-nəqliyyat hadisələri məhz sürücülərin həm səhv etmək, həm qayda pozmaq ehtimalı daha çox olan ərazilərdə baş verir və onlarla insan həmin yanlışlıqların qurbanı olurlar.

Təkliflərə gəlincə, yəqin üzü də razılaşar ki, bu gün Bakı şəhərində müşahidə kameralarının mövcud olduğu ərazilərdən DYP əməkdaşları yığışdırılsa həmin yolayrıcları keçilməz səddə çevrilər, xüsusilə də pik saatlarında. Digər təklifləri isə təqdirəlayiq hesab edir və bildiririk ki, DİN rəhbərliyinin apardığı davamlı islahatlar nəticəsində onlardan bəziləri artıq öz həllini tapıb, sürücü və piyadalar arasında maarifləndirmə işləri də mütəmadi olaraq davam etdirilir.

Ümid edirik ki, tanınmış ictimaiyyət nümayədəsi və iqtasadçı alim kimi Qubad müəllim hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri istiqamətində onlara dəyərli tövsiyələrini verəcək, insanların həyat və sağlamlığının yol qəzalarından qorunması üçün maarifləndirmə və təbliğat işlərinin aparılmasında bizlərə yardımçı olacaq".

Sonda Qubad İbadoğlu bu məsələ ilə yanaşı, DİN BDYPİ sürücülük hüququnun əldə edilməsi üçün təşkil etdikləri imtahanla bağlı iradlara da münasibət bildirilməsini gözlədiyini qeyd edib.(Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar