Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İflic ola bilərdim” - Emma xəstəliyə görə arıqlayıb

“Hər gün saat 6-da oyanıram, qəhvə bişirib içirəm. Gözləyirəm ki, oğlum oyansın, onu hazırlığa sonra isə bağçaya aparıram. Uşaqlıdan tez oyanıram”...

Bu sözləri Elmira Ələkbərzadə (Emma) AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” verilişində deyib.

Müğənni həyat tərzindən və efirlərdə gec-gec görünməsindən danışıb:

“Səhnəyə çıxandan efirlərdə az görünmüşəm. Düşünürəm ki, boş-boş efirə çıxmaqdansa, iki aydan bir görünüm”.

E.Ələkbərzadə 50 kilo arıqlamasından da söz açıb:

“Tənhayam” mahnım sevilmişdi. Bakılı oğlanlar komandası bu mahnını “Tankdayam” deyə ifa etmişdilər. O vaxt özüm də tanka oxşayırdım. Əslində, kök olmağa qarşı kompleksim olmayıb. Sadəcə qısa geyinməzdim, şalvar geyinəndə üstündən uzun bir kofta geyinərdim. Mənim köklüyüm incə olub. Səhnədə rəqs edəndə sanki uçurdum. Səhhətimdə problemlər yaşayırdım. Yüksək təzyiqin ağır forması olurdu. Kanalların birindən çəkilişdən qayıdırdım. Telefonla danışırdım. Gördüm ki, ağzımın sağ tərəfini hiss etmirəm. Güzgüyə baxanda qorxdum. Anamgilə zəng vurdum ki, Təcili Yardım çağırın. Anamla Sevda məni görəndə çox qorxdular. Həkim gəldi, məni geri qaytardılar. İflic ola bilərdim. İkinci dəfə isə Tbilisidə təzyiqim qalxdı. Bu, 2007-2008-ci illər idi. Pəhrizim orada başladı. 3,5 ilə arıqladım. 98 kiloqramdan 48 kiloqrama düşdüm. İndi yüksək təzyiqdən əziyyət çəkmirəm. Pəhrizdə olanda gecə yuxuda gözəl süfrələr görürdüm”.

pia.az


Etiket: Emma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar