Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdi Mehdiyev Qobustan şəhərində seçicilərlə görüş keçirib - Foto

Bu gün 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Mehdi Mehdiyevin seçicilərlə görüşü baş tutub...

Görüşdə Qobustan şəhərinin kəndlərinin sakinləri iştirak ediblər.

Görüş zamanı ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Nazim Əhmədov deputatlığa namizəd Mehdi Mehdiyevin şərəfli həyat yolu haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Qarabağ Müharibəsi əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı, Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxışında seçki platforması haqqında seçicilərə geniş məlumat verdi.



Mehdi Mehdiyev çıxışı zamanı Cənab Prezident İlham Əliyevin apardığı islahatlar strategiyasına hər zaman dəstək olduğu kimi millət vəkili kimi də bu siyasəti dəstəkləyəcəyini, hər bir sakinə xüsusi diqqət və qayğı göstərəcəyini və müntəzam olaraq seçicilərlə əlaqə saxlayacağını, onların problemlərinin həll edilməsi üçün aidiyyatı qurumlarla bir yerdə çalışacağını bildirib.

Sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanlar fondunun sədri Ədalət Məhərrəmov çıxış edib.

Natiq çıxışında Mehdi Mehdiyevin şərəfli döyüş yolundan, onunla birlikdə döyüş fəaliyyətindən danışmışdır. Mehdi Mehdiyevin həqiqətən deputatlığa ləyaqətli namizədlərdən biri olduğunu çıxışında bildirmişdir.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu öz adından, o cümlədən mətbuat xidmətinin rəhbəri olduğu Qazilər İctimai Birliyin sədri Asəf Əliyevin adından çıxış edərək bütün hərb yönümlü qeyri-hökumət təşkilatları Mehdi Mehdiyevin namizədliyini dəstəkləyir və ona seçkidə daima dəstək olacaqlarını bildirdi.

Daha sonra Xocalı rayonundan olan 4 şəhid vermiş, şəhid övladı Mürvət Məmmədov çıxış etmişdir. O, öz çıxışında Mehdi Mehdiyevin nəinki özünün, qardaşının Xocalıda ilk köməyə gələn 21 nəfərdən birinin olmasını və orada şəhid olmasını, nəşinin Xocalıda qalmasını bildirərək görüşdə iştirak edən seçicilərdən Mehdi Mehdiyevə səs vermələrini xahiş edib.

Tədbirin sonunda Mehdi Mehdiyev seçicilərin qaldırdıqları məsələlərə cavab verərək deputat seçiləcəyi təqdirdə daima onların problemlərinin həlli istiqamətində Milli Məclisdə təkliflərlə çıxış edəcəyini bildirmişdir.

pia.az

Fotolar




Etiket: Mehdi Mehdiyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar