Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizləndi

Bunu jurnalistlərə 8 saylı Regional Ekologiya İdarəsinin rəisi Fazil Şükürov bildirib...

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Mingəçevir və Varvara su anbarları, Qarabağ və Şirvan suvarma kanalları ətrafında keçirilib.

Bunu jurnalistlərə 8 saylı Regional Ekologiya İdarəsinin rəisi Fazil Şükürov bildirib.

Onun sözlərinə görə, Regional Ekologiya İdarəsinin, Mingəçevir Su polisinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı sözügedən ərazilər qadağan olunmuş ov alətlərindən və sintetik torlardan təmizlənib.

İdarə rəisi qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, balıq ehtiyatlarının kökünün kəsilməsi deməkdir: “Belə vandal vasitələrlə balıq ovlanmasının qarşısının alınması bu gün üçün vacib və aktualdır.

İctimaiyyət nümayəndələrindən xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və bizə məlumat versinlər”.

pia.az


Etiket: Su hövzələri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar