Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqi Aralıq dənizində yeni ssenarilər: Qondarma sülh planı bölgəni hara sürükləyəcək?..

Elan edilən “sülh planı” ilə Fələstinə aid olan karbohidrogen ehtiyatlarının İsrailin ələ keçirməsi bölgədə daha da xaotik bir vəziyyətin yaranmasına və İsrailin daha sərt mövqe tutmasına səbəb ola bilər...

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 30 yanvar 2020-ci il

Dünyada yeni bir enerji sistemi qurmağa çalışırlar. Neft və təbii qaz ehtiyatları və xüsusilə, Şərqi Aralıq dənizindəki potensial təbii qaz ehtiyatları gələcək dövr üçün yeni bir enerji balansı və uyğun bir sistem hazırlayacaq.

Bu gün yenni bir enerji sistemi yaratmaq üçün müxtəlif hərəkatların sürətləndiyi bir dövrdür.

Şərqi Aralıq dənizində yeni proseslər

Şərqi Aralıq dənizində maraqlı hadisələr baş verir. Bir tərəfdən İsrail ABŞ ilə gündəmə gətirdiyi qondarma və birtərəfli sülh planı ilə bölgədə önəmli oyunçu olmağa çalışarkən, digər tərəfdən də Fələstindəki təbii qaz yataqlarına Fələstin hökümətinin nəzarət etməsinə mane olur və ölkə əhalisinin Qəzza dəniz yatağındakı qaynaqlardan istifadə etməsini əngəlləməyə çalışır.

Elan edilən “sülh planı” ilə Fələstinə aid olan karbohidrogen ehtiyatlarının İsrailin ələ keçirməsi bölgədə daha da xaotik bir vəziyyətin yaranmasına və İsrailin daha sərt mövqe tutmasına səbəb ola bilər.

Ən əsası da bölgədə elan olunan qondarma sülh planı qarşısında kim dayana bilər? Liviya və Suriyada öz dərdindədir. Bu ölkələrdə vətəndaş müharibəsi davam edir. Bəs Livan və ya Misir? Bu gün Misir ABŞ-ın xarici siyasətdə müdafiə etdiyi fikir və siyasətlərin tərəfində dayanır. Mövcud enerji ehtiyatları ilə bölgədə üstünlüyü olan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri isə Trampın elan etdiyi birtərəfli Yaxın Şərq sülh planını açıq şəkildə dəstəkləyirlər.

ABŞ Şərqi Aralıq dənizi üçün nə plan qurur?

Bir tərəfdən, İsrailin uzun illərdir ABŞ-ın dəstəyi ilə işlədiyi və qurulacaq yeni enerji sistemində söz sahibi olmaq istədiyi Şərqi Aralıq dənizi siyasəti var. Digər tərəfdən isə ABŞ Şərqi Aralıq dənizini yenidən dizayn edərkən və bu bölgədə İsrail ilə yeni bir enerji sistemi qurarkən bölgə ölkələrinin bu işə qarışmaması üçün onlara “tərbiyə” verir və yeni sistemdən kənarda saxlayır.

Unutmamalıyıq ki, ABŞ dünyada təbii qaz ehtiyatlarına sahib ölkələr arasında ilk dördlüyə daxil olsa da və dünyada ən yüksək təbii qaz ehtiyatına sahib olan Rusiya, İranQətərə nibətdə daha az təbii qazı olsa da, yenə də hazırda ən çox təbii qaz istehsal edən ölkə ABŞ-dır. Bu cür mövqeyə sahib olan bir ölkə bazarı başqasının nəzarətinə buraxarmı? ABŞ heç bu sistemi başqasının qurmasına icazə verərmi?

Şərqi Aralıq dənizinin gələcəyi

Geriyə baxdıqda görünür ki, Ərəb baharından sonra yaşanan “ərəb qışı”, xüsusilə Şərqi Aralıq dənizində baş verə biləcək bir çox prosesdə bölgə ölkələrinə mənfi təsir göstərib. Bununla yanaşı, ölkələrin öz enerji təhlükəsizliyi üçün Şərqi Aralıq dənizindəki qaynaqlardan istifadə etməsi və bu bölgədə kəşf edilən mənbələri öz enerji siyasətləri üçün bir vasitəyə çevirməsi bölgə üçün heç yaxşı hal deyil. Çünki Şərqi Aralıq dənizi bölgə ölkələri üçün bir sərvət mənbəyi və enerji təchizatı təhlükəsizliyi üçün əhəmiyyətli bir bölgə olacaqsa, bölgədəki zənginliklər bütün tərəflər arasında bölünməlidir. Əks təqdirdə Şərqi Aralıq dənizi enerji təchizatı təhlükəsizliyi və iqtisadi təhlükəsizlik baxımından ciddi bir təhdiddir və bölgədəki ölkələr arasında xaos yaratmaq ehtimalı var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar