Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni pensiya şərtləri əmək qanunvericiliyinə nə qədər uyğundur?

Azərbaycan höküməti hansı səbəbdən belə mürtəce pensiya qanunu qəbul edib?..

İqtisadçı: “Göstərilən 28.800 manat məbləği hər hansı bir etibarlı kommersiya bankına illik 11%-lə yerləşdirərək vətəndaşın aylıq minimum əmək pensiyasından daha yüksək gəlir əldə etməsi mümkündür”.

“Ölkəmizdəki orta ömür uzunluğunu və orta aylıq gəlirləri nəzərə alsaq istər təqaüd yaşı, istərsə də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı da kifayət qədər yüksəkdir”

Bu sözləri iqtisadçı Vüsalə Əhmədova yeni pensiya şərtlərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda indiki şərtlərlə qocalanda pensiyaya çıxmaq şansı hər kəsə nəsib olmayacaq. Son olaraq ekspertlərin apardığı hesablamalara görə Azərbaycanda hər 1000 nəfər məşğul insanın ancaq 300 nəfəri qpcalıq pensiyası ala biləcək. Halbuki beynəlxalq təcrübədə adətən əmək qabiliyyətli əhalinin hər 1000 nəfərindən 850-900-ü pensiya alır.

Azərbaycan höküməti hansı səbəbdən belə mürtəce pensiya qanunu qəbul edib? Həmçinin yeni pensiya şərtləri vətəndaşların sosial hüquqlarını təsbit edən konstitusiyaya və əmək qanunvericiliyinə nə qədər uyğundur və bu məsələnin Konstitusiya Məhkəməsinə çıxarılması mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “İnsanların sosial vəziyyəti, reallıqlar nəzərə alınmadan qəbul edilmiş bu qanunlardakı şərtlər mütləq şəkldə təkrar gözdən keçirilməli və adekvat addımlar atılmalıdır”.

Bu ildən etibarən kişilərin və qadınların pensiya yaşının yenidən artırıldığını xatırladan iqtisadçı PİA.az-a açıqlanmasında əlavə edib ki,1 iyul 2020 – 30 iyun 2021-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il olacaq:

“Bildiyiniz kimi, 01.10.2019-ci il tarixindən əmək pensiyalarının minimum məbləği 25% artırıldı, o cümlədən, əmək pensiyasına çıxmaq üçün nəzərdə tutulan pensiya kapitalının da məbləği artmış oldu. 2019-cu il oktyabrın 1-dən pensiyaya çıxmaq istəyən şəxslərin hesabında 28.800 manat pensiya kapitalı olmalıdır ki, onlar pensiya kapitalı ilə əmək pensiyasına çıxa bilsinlər.

Hazırda əmək pensiyasına çıxmaq üçün ya 25 il sığorta stajı olmalı, bu olmadıqda isə pensiya kapitalı olmalıdır. Yəni, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Bu ildən etibarən isə kişilərin və qadınların pensiya yaşı yenidən artırıldı. Bununla da Azərbaycanda 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınların pensiya yaşı isə 61 il 6 ay olacaq. 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il olacaq.

Vüsalə Əhmədova: “Pensiya şərtləri “İnsanların sosial vəziyyəti, reallıqlar nəzərə alınmadan qəbul edilmiş bu qanunlardakı şərtlər mütləq şəkldə təkrar gözdən keçirilməli və adekvat addımlar atılmalıdır”.

Nəzərinizə çatdırım ki, Əmək Məcəlləsində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş olaraq müəyyənləşdirilib. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta üzrə ödəmələrin növləri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənməktədir.

Pensiya şərtləri isə “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir. İnsanların sosial vəziyyəti, reallıqlar nəzərə alınmadan qəbul edilmiş bu qanunlardakı şərtlər mütləq şəkldə təkrar gözdən keçirilməli və adekvat addımlar atılmalıdır. Edilən cüzi artımlarla hazırda 200 manata çatdırılan əmək pensiyası ilə vətəndaşın bir ay yaşaması qeyri-mümkündür. Ölkəmizdəki orta ömür uzunluğunu və orta aylıq gəlirləri nəzərə alsaq istər təqaüd yaşı, istərsə də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı da kifayət qədər yüksəkdir. Göstərilən 28.800 manat məbləği hər hansı bir etibarlı kommersiya bankına illik 11%-lə yerləşdirərək vətəndaşın aylıq minimum əmək pensiyasından daha yüksək gəlir əldə etməsi mümkündür.

Vüsalə Əhmədova: “Hazırda Türkiyədə geniş tətbiq edilən “fərdi pensiya sistemi”nin ölkəmizdə tətbiqinin daha əlverişli ola biləcəyini düşünürəm”.

Belə olan halda, hazırda Türkiyədə geniş tətbiq edilən “fərdi pensiya sistemi”nin daha əlverişli ola biləcəyini düşünürəm. Fərdi pensiya sistemində vətəndaşın sistemə aylıq, 3 aylıq, 6 aylıq və ya illik olaraq daxil etdiyi əmanətlər şəxs təqaüdə çıxana qədər onun hesabında toplanır. Əlavə olaraq isə fərdi pensiya sisteminə aylıq yerləşdirilən əmanətin 25%-i məbləğində dövlət dəstəyi hesaba əlavə edilir. Üstəlik bu məbləğ şəxsin vergi ödəyicisi olub olmamasından asılı olmayaraq dövlət tərəfindən fərdi pensiya hesabına əlavə edilməkdədir. 3 il fərdi pensiya sistemində olanlara aylıq daxil etdikləri məbləğə dövlət dəstəyi 15%, 6 il olanlar üçün 35%, 10 il olanlar üçün isə 60% təşkil etməkdədir. 10 il sistemdə qaldıqdan sonra 56 yaşını dolduranlar üçün isə dövlət dəstəyi 100% təşkil edir. Ən az 10 il sistemdə qalmaqla 56 yaşını tamalayan şəxsin pensiya əldə etməsi mümkün olur. Bu müddət ərzində vətəndaşın maliyyə vəziyyəti pisləşərsə, maliyyə vəziyyəti normallaşanadək ödəmələrə ara verməsi və ya azaltması da mümkün olmaqdadır.

Nəzərinizə çatdırım ki, fərdi pensiya sisteminə yerləşdirilən əmanətlər portfel ekspertləri tərəfindən idarə olunan pensiya investisiya fondlarında dəyərləndirilir. Pensiya investisiya fondları maliyyə bazarlarındakı müxtəlif qiymətli kağızlara investisiya qoyan fondlar sayılır. Peşəkar portfel idarəetmə şirkətləri bu fondları ehtiyaca və gözləntilərə ən müvafiq formada investisiya olaraq istifadə edir.

Vətəndaşın yığımının maliyyə bazarlarındakı risklərin təsirinə daha az məruz qalması, yığımın aşağı risk səviyyəsi olan fondlara keçirilməsi üçün şirkət iştirakçıya yazılı tövsiyyə də verir. Fərdi pensiya sistemi ilə bağlanılacaq müqavilədə yığımların dəyərləndiriləcəyi fondların da sərbəst seçilməsi mümkündür”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar