Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaşnerin layihəsi və Süleyman məbədi: Fələstinin taleyi çoxdan yazılıb…

“Görünür, Fələstin tərəfi bütün şərtləri yerinə yetirsə belə, qurulacaq yeni dövlətin paytaxtı Şərqi Qüds olmayacaq”…

Arslan Bulut
“Yeni Şafak” qəzeti, Türkiyə, 30 yanvar 2020-ci il

BBC-nin xəbərinə görə, ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Bünyamin Netanyahu ilə birlikdə Yəhudi əsilli kürəkəni Cared Kaşnerin rəhbərliyi ilə hazırlanan “Əsrin Planı” adlı “sülh layihəsi”ni təqdim edib. Plana əsasən, İsrailin paytaxtının Qüds elan edilməsi nəzərdə tutulur. Bundan əlavə Fələstin torpaqlarının ikiqat artacağı da deyilib. Hətta deyilənə görə, qurulacaq Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdə yerləşəcək və ABŞ burada bir səfirlik açacaq. Həmçinin, Qərbi İordaniya sahilindəki yəhudi yaşayış məskənləri də tanınacaq.

Prezident Rəcəb Teyyub Ərdoğan məsələ ilə bağlı öz münasibətini bildirib: “Bu mövzuya qarşı bizim münasibətimiz bəllidir. Qüds müsəlmanların müqəddəs məkanıdır. Qüdsün İsrailə verilməsi planı heç bir şəkildə qəbul edilə bilməz. Bu, Fələstin hüquqlarını heçə saymaq və İsrailin işğalına haqq qazandırmaq üçün hazırlanmış bir plandır”.

Yeri gəlmişkən, İsrail mediasına MİT prezidenti Hakan Fidanın hədəf göstərilməsindənm xəbər tutan Ərdoğan deyib: “Biz İsrail mediasına görə hərəkət edəcəyiksə, vay halımıza. Əgər İsrail mediası kəşfiyyat rəhbərimiz üçün belə şeylər yazırsa, deməli, doğru yoldayıq. Xeyirli olsun”.

İsrailin kəşfiyyata dəstək verən media orqanları uzun müddətdir ki, Hakan Fidanı İranla birlikdə hərəkət etməkdə ittiham edir. “İsrail pisləyirsə, bu, bizim üçün yaxşıdır” ifadəsi isə bu vəziyyəti izah etmək üçün yetərli deyil.

Anadolu Agentliyində Heydər Orucun yayımladığı təhlil yazısına görə, Trampın açıqladığı bu sülh layihəsi ABŞ adminstrasiyasındakı yəhudi siyasətçilərin, bürokratların və İsrailin təkidi ilə hazırlanıb. Analizdə deyilir: “Görünür, Fələstin tərəfi bütün şərtləri yerinə yetirsə belə, qurulacaq yeni dövlətin paytaxtı Şərqi Qüds olmayacaq və əksinə şəhərətrafı bölgələrdə qurulacaq yeni qəsəbələr bu şəkildə adlandırılacaq. İordaniya Krallığı nəzdindəki Vəqf idarəsi tərəfindən idarə olunan Məscidül-Əqsa ilk mərhələdə beynəlxalq status qazanaraq insanların ziyarətinə açılacaq və sonrakı prosesdə yəhudilərin ibadətgahlarını yenidən bərpa etməsi üçün əlverişli hala gətiriləcək”. Məbəd deyəndə isə təbii ki, söhbət Süleyman məbədindən gedir.

Digər bir problemli məsələ isə odur ki, ABŞ səfirliyinin Qüds şəhərinə köçürülməsi qərarı ilə əlaqədar Ərdoğan 14 May 2018 tarixində çıxış edərkən demişdi: “Qüds, xüsusilə də Şərqi Qüds Fələstinin paytaxtıdır. Biz İslam dünyası olaraq bunu belə qəbul edirik”. O, həmçinin, başqa bir çıxışında da qeyd edib: “Biz Qüdsü çoxdan Fələstinin paytaxtı elan etmişik. Qüds hazırda işğal altında olduğu üçün orada öz səfirliyimizi aça bilmirik. İnşallah o günləri də görəcəyik və orada da səfirliyimizi açacağıq”.

Məhz indi ABŞ Şərqi Qüdsün də şərq hissəsini Fələstinə verəcəyini və orada səfirlik açacağını deyir. Daha əvvəl də İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı İstanbulda keçirilmiş və yekun bildirişdə: “Paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətini tanıdığımızı elan edirik”, deyilmişdi.

Əvvəl də qeyd etdiyimiz kimi, əgər Kiprdə “Taksim” layihəsi ABŞ tərəfindən təklif edilibsə, o zaman İslam Əməkdaşlıq Təşkilatının zirvəsində Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı elan edilməsi Qərbi Qüdsün də İsrailin paytaxtı elan ediləcəyi mənasına gəlmirmi? Bu, onun paytaxtı kimi tanınması demək deyilmi? Digər tərəfdən, Tramp Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə sülh yaradılmasını dəstəklədikləri üçün təşəkkür etmişdi. Səudiyyə Ərəbistanı bu ölkələr arxasındadır. Misir də dialoq yaradılması üçün çağırış etmişdi. Belə çıxır ki, hər kəs çoxdan Kaşnerin layihəsinə təslim olub.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar