Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA iş yerində dini azadlığın qorunmasına dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “İş yerində dini yaxud inanc azadlığının qorunması”na dair qətnamə qəbul edib...

“Report”un Fransa bürosu xəbər verir ki, qətnamədə AŞPA üzv ölkələrə dini azadlığın insan hüquqlarının ayrılmaz hissəsi olduğunu xatırladıb, dövlətləri cəmiyyətdə birgə yaşama və tolerantlıq mədəniyyətini inkişaf etdirmək və bu təməl hüququn iş yerlərində də möhkəmləndirilməsi barədə çağırış edib.

Qətnamədə bildirilib ki, insanların böyük qismi həyatlarının əksər hissəsini əmək fəaliyyəti ilə məşğul olduğu yerdə keçirdikləri üçün işçilərin dini azadlığı iş yerində də təmin edilməlidir.

AŞPA bu məqsədlə, dini ayrı-seçkiliklə mübarizə üzrə qanunvericiliyin möhkəmləndirilməsi, tolerantlıq məsələsinin müzakirə edilə bilməsi üçün şirkət sahibləri, qeyri-hökumət orqanları, dini icmalar arasında dialoqun genişləndirilməsi və digər tədbirləri tövsiyə edib.

AŞPA iş yerlərində dini azadlığa riayət olunan, bu məsələdə uğurlu nəticələrə malik ölkələri öz təcrübələrini digər dövlətlərlə paylaşmağa dəvət edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar