Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada 90, Almaniyada 26 jurnalist zorakılığa məruz qalıb - AŞPA 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mətbuat azadlığı və Avropada jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş hesabat qəbul edib...

 

"Report"un Fransa bürosu xəbər verir ki, hesabatda Avropa Şurasına üzv ölkələrdə jurnalistlərin öz peşə vəzifələrini həyata keçirdikləri zaman fiziki və verbal zorakılıq, polislər tərəfindən müdaxilə, akkreditələrinin əllərindən alınması kimi halların artdığı bildirilir.

Hesabata əsasən, Fransada 17 noyabr 2018-ci ildə "sarı jiletlilər"in etiraz aksiyaları başlayandan etibarən jurnalistlərə qarşı təhqir və təhdidlərin sayı artıb. Həmin tarixdən etibarən aksiyaları işıqlandıran 90 jurnalist polis zorakılığına məruz qalıb.

Almaniyada 2018-ci ildə 26 jurnalistə qarşı fərdi şəxslər tərəfindən zorakılıq olub. 7-8 iyul 2017-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən G-20 toplantısı zamanı ən azı 32 jurnalistin əlindən akkreditə hüquqları alınıb. 2018-ci ilin avqust ayında Almaniyanın ZDF kanalının jurnalist heyəti polislər tərəfindən saxlanılıb.

Niderlanda 24 oktyabr 2019-cu ildə NOS TV-nin jurnalisti suallara cavab verməkdən imtina etdiyi üçün həbs olunub.

Dövlət orqanları, polislər və mülki şəxslərin jurnalistlərə qarşı zorakılıq tətbiq etdikləri ölkələr arasında Malta, Avstriya, Bolqarıstan, İtaliya və digər ölkələr də var.

AŞPA üzv dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

pia.az


Etiket: AŞPA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar