Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədət Quliyev rektoru qəbul etdi - Foto

Yeni ixtisas yaradılır...

29 yanvar 2020-ci il tarixində Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Texniki Universitetinin kollektivi ilə görüş keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev, Xüsusi Texnika və Texnologiyalar fakültəsinin dekanı prof. Elçin Rzayev və Xüsusi Texnika kafedrasının müdiri Ələkbər Hüseynovu qəbul edib.

Görüşün məqsədi Texniki Universitetdə yeni süni intellekt və robotlaşdırma ixtisasının yaradılması, tələbələrin təcrübə qazanmalarına şərait yaradılması və könüllülər qismində müəssisələrin iş prosesinə cəlb olunmalarının müzakirəsi olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunduğunu qeyd edən Mədət Quliyev Texniki Universitetin tələbələrinin də könüllülər qismində müəssisələrə cəlb edilmələri, oradakı iş prossesi ilə yaxından tanış olmaları və ən əsası isə könüllülük prinsipi çərçivəsində təcrübəyə yiyələndikdən sonra gələcəkdə öz iş fəaliyyətlərinə bu müəssisələrdə davam etmələri təklifini irəli sürmüşdür.

Nazir tələbələrin öz ixtisasları üzrə təcrübə qazanmaları və gələcəkdə işlə təmin olunmaları üçün rəhbərlik etdiyi qurumda lazımi şərait yaratmağa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə müəssisələrdə Xüsusi Texnika kafedrasının nümayəndəliyinin açılması və tələbələrin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsinə şərait yaradılması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

pia.az

Fotolar




Etiket: Mədət Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar