Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin hakimiyyətdən getmək arzusu nə ilə bağlıdır?..

Putinin niyyəti tam olaraq nədir? Əgər o, vəzifəsini buraxmaq istəyirsə, bəs onda hara gedəcək?..

Oliver Carroll
“The Independent” qəzeti, 29 yanvar 2020-ci il

Putin öz vəzifəsindən gedərkən Brejnev kimi bacarıqsız və qoca bir fiqur kimi xatırlanmaq istəmir. (Reuters)

Vladimir Putinin, hər il olduğu kimi, konstitutsiyanın köklü dəyişikliklərlə yenidən yazılacağını xalqa elan etməsindən hələ bir həftə belə keçməyib. Cəmi 7 gün ərzində hökumət təkcə prezident təklifləri üzərində işləməyib, həm də onları tələsik yazıb, konstitutsiya komitəsinə göndərib və Rusiya parlamentinə təqdim edib.

16 yanvar Cümə axşamı günü ənənəvi səsvermə ilə dəyişikliklər oxunub və dərhal Duma tərəfindən qəbul edilib: 432 təsdiq, 0 rədd, 0 bitərəf. Əvvəlcə təklif olunan bu konstitusiya dəyişiklikləri Vladimir Putinin 2024-cü ildə səlahiyyət müddəti bitdikdən sonra da yenə öz yerində qalmasını hədəfləyən və çox da gizli olmayan bir addım hesab olunurdu. Lakin o zamandan bəri baş verən hadisələrdən sonra bu cür açıq bir vəziyyət də qarışıq hala gəlib.

Putinin səlahiyyət müddətinin bitməsindən düz 4 il əvvəl Kremlin dəyişiklikləri hazırlayıb ötürərkən tələskən davranması mütəxəssisləri təəccübləndirmişdi. Rusiya Prezidenti ilə birlikdə işləyənlər bu sürətin qeyri-adi olduğunu düşünürlər. Çünki Putin, adətən, qərarları son günə qədər uzatmağa üstünlük verir.

Dəyişikliklərin son forması da təəccüb doğurur. Xüsusilə, Putinin prezident səlahiyyətlərindən kənarda hər hansı rəsmi vəzifədən istifadə etmək üçün bir konstitutsiya təklifi irəli sürməməsi maraqlı haldır. Bu dəyişikliklər prezident varisinin parlament və ya yeni bir qurum qarşısında səlahiyyətlərini zəiflətmək əvəzinə, daha çox bu vəzifəni gücləndirir. Gələcək prezidentlərin Konstitutsiya Məhkəməsi hakimlərini vəzifəsindən azad etmək və parlament səsverməsinə mane olmaq üçün əlavə veto hüququ olacaq.

Bəs Putinin niyyəti tam olaraq nədir? Əgər o, vəzifəsini buraxmaq istəyirsə, bəs onda hara gedəcək?

Bu sualın əsl cavabını heç kim bilmir. Görünür, Rusiya Prezidenti qərarlarını gizlədir və yaxın zamanda heç kimə açıqlamayacaq.

Hələlik elə görünür ki, 2024-cü ildən sonrakı dövr üçün ən ciddi hesab olunan yer gücləndirilmiş Dövlət Şurasıdır. Federal qurum olan şura bu günə qədər yalnız məhdud səlahiyyətə sahib olub və əyalət qubernatorlarından ibarətdir. Putin xalqa müraciət edərkən şuranın daha da gücləndirilməsini təklif edib. Bir çox mütəxəssis bu təkliflə övlət Şurasının Sovet İttifaqında mövcud olan Siyasi Büro kimi bir çox siyasi sahədə məsuliyyət daşıyan hərtərəfli bir quruma çevriləcəyinə inanırdı.

16 yanvarda təsdiqlənən konstitutsiya dəyişikliyi ilə bağlı təklif bu gözləntilərə uyğun gəlirdi. Dövlət Şurasının vəzifəsi bu cür qeyd edilib: Dövlət orqanları arasında düzgün formada işləmək və qarşılıqlı əlaqəni təmin etmək, daxili, xarici və sosial-iqtisadi siyasətin əsas istiqamətlərini müəyyən etmək.

Şuranın tam səlahiyyətləri hələlik dərc edilməmiş bir qanunla müəyyənləşdiriləcək. Lakin Dövlət Şurasına hansı səlahiyyətlər verilsə də, onun rəsmən dövlət başçısının səlahiyyətində olacağı açıq şəkildə elan edilib. Putin, görünür, xələflərindən hər hansı birinin üzərində nəzarətçi rol daşımaq məsələsini ortadan qaldırıb. 15 yanvarda çıxış edən Putin Sinqapurda uzun müddət xidmət etmiş Li Kuan Yevin 1990-cı illərdə etdiyi kimi mentorluq etmək niyyəti olmadığını qeyd edib.

Putin: “Hər ölkədə fərqli vəziyyət, fərqli tarix və mədəniyyət var. Rusiyada bir qurumun dövlət başçısından üstün olması dövlətdə ikili güc yaradır və bu, bizim kimi bir ölkə üçün çox pisdir”.

Bütün bunlardan Putinin konstitutsiyanı yenidən yazmaq istəməsi ilə bağlı məntiqli bir nəticəyə çıxarmaq olar: o, əslində, 2024-cü ildə gələcək varisi üçün yol açmağa çalışır. Görünür, bu dəyişikliklər Putin hakimiyyətini deyil, putinizm ideologiyasının yaşamasını hədəfləyir.

Karnegi Moskva Mərkəzində işləyən akademik Tatyana Stanovaya deyir: “Dəyişikliklər heç bir şəkildə prezident səlahiyyətlərinin imtiyazını məhdudlaşdırmır və Putinin davam etməsi üçün geniş bir yol təqdim etmir. Bunlar sadəcə olaraq mərkəzi hakimiyyəti gücləndirmək və Putinin seçilmiş varisini uzaqdan müşahidə edə bilməsi üçün müvəqqəti bir dövr yaratmaqdır”.

Stanovaya Putinin 2024-cü ildə hara gedir getsin, rəsmi olmayan hakimiyyətin üç əsas istiqamətini əlində saxlayacaını qeyd edir. O, ölkədəki ən populyar siyasətçi olmağa davam edəcək, qurduğu hakim partiya olan (çox güman ki, sədr olacaq) Vahid Rusiya partiyasından istifadə edəcək və yüksək orqanlara təyin etdiyi insanlar vasitəsilə hərəkət edəcək.

Bu günkü Rusiyada bu vasitələr çox şeydən xəbər verir. Stanovaya: “Bütün tədbirlər bir varisi işdən çıxarıb, onun əvəzinə başqasını sınamağa kifayət edir”, deyə qeyd edib.

Sosial media da Prezidentin bu qədər tələsməsi ilə bağlı iddialarla sarsılmağa davam edir. Görəsən, o xəstədir? Populyarlığının zəifləməsindən qorxur? Yoxsa ona yol göstərən bir kahinin məsləhəti ilə mi hərəkət edir? Və ya daha maraqlı tərəfi odur ki, onu ictimaiyyətin diqqətindən kənarlaşdırmağa çalışan Meqan Markl kimi bir qadınla mı birlikdədir?

Siyasi analitik Konstantin Kalaçyov hesab edir ki, Putinin tələskənliyi bir çox amillərin birləşməsi ilə bağlıdır.

Kalaçyov: “Aydındır ki, Putinə qoyulan ağır xəstəlik diaqnozu ilə bağlı iddialara tamamilə laqeyd yanaşa bilmərik. Ancaq o, tarixə Brejnev kimi bacarıqsız və kobud bir adam kimi düşmək istəmədiyini də açıq şəkildə bildirib. Hələlik vaxtı və fürsəti varkən bunun üçün lazımi işləri görməyin daha yaxşı olacağını bilir”.

Görünən odur ki, Rusiya prezidenti gələcək varisinin bütün gedişatı dəyişdirməməsi üçün əlində qalan vaxtı qiymətləndirir.

Bunun üzərinə Kalaçyovdeyir: “Bütün bu dəyişikliklər putinizmin ömrünü uzatmaq üçündür: milli müstəqilliyin mərkəzi ideyası, xarici təsirlərin qarşısını almaq, dövlətçiliyin və mühafizəkar ideologiyanın davamı və s. Putinin heç istəmədiyi şey isə Yeltsinə etdiyi kimi, bir irsi tamamilə parçalanmasıdır”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar