Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlament seçkilərində “exit poll” keçirəcək təşkilatların sayı üçə çatıb

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) daha bir təşkilatın müraciətinə baxılıb...

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Rəy Monitorinq Mərkəzi MSK-ya müraciət edib.

Rəy Monitoqrinq Mərkəzi 2005-ci ildən etibarən “exit poll” keçirmək üçün kifayət qədər təcrübəlidir. Təşkilatın keçirəcəyi “exit poll” 118 dairə üzrə 1080 məntəqəni əhatə edəcək. Regionlarda 10 dayaq mərkəzi yaradılacaq. 1080 intervyer cəlb ediləcək.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Rəy Monitoqrinq Mərkəzi “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

Daha sonra “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə exit-poll keçirmək barədə müraciətinə baxılıb. Müraciət səsə qoyularaq qəbul edilib
Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar