Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DİM pul xərcləmədən böyük vəsait qazanır” - Ekspertdən 40 manatlıq sınaqlara etiraz

Sınağın qiymətlərinin qaldırılması üçün hansı zərurət vardı və kasıb insanlar bu qiymət artımına görə sınaq imtahanlarından məhrum ola bilərmi?..

Təhsil eksperti: “İmtahanda 40 min nəfər iştirak edirsə, onu 40 manata vurun və görün hansı məbləğ ortaya çıxır... Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz”.

“Əvvəllər sınaq imtahanlarına yerlər 1 günə dolurdusa, indi fevral ayının 16-u üçün olan yerlər tam dolmayıb. Çünki birincisi, qeydiyyatdan keçmək sistemi olduqca çətindir. İkincisi də qiymət bahadır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov bu il sınaq imtahanının keçən ilə nisbətən baha olmasını PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun ilk sınaq imtahanı keçirəcək. Ancaq sınaq imtahanlarının qiyməti ötən illə müqayisə bahadır. Belə ki, ötən il abituriyent 20 manat ödəməli olurdusa, bu il 40 manat ödəyəcək. Qiymətlərin iki dəfə qaldırılması isə abituriyentlər və onların valideynləri tərəfindən etirazla qarşılanır.

DİM-dən isə bildirilib ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir:

 

“Yəni Dövlət İmtahan Mərkəzi dövlət büdcəsindən maliyyələşmir. DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.

İmtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün son illər DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər və s. ətraflı şəkildə araşdırılıb və qiymət müəyyən edilərkən nəzərə alınıb”.

Sınaq imtahanın bu qədər baha olması nə ilə bağlıdır və sınağın qiymətlərinin qaldırılması üçün hansı zərurət vardı? Kasıb insanlar bu qiymət artımına görə sınaq imtahanlarından məhrum ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Əgər qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır”.

Əgər sınaq imtahanında 30 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiymətinin 7 manatdan artıq olmayacağını vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, burada kifayət qədər ciddi vəsaitdən söhbət gedir:

“TQDK ləğv olunduqdan sonra publik hüquqi şəxs olan DİM yarandı. Buna qədər imtahanlar, o cümlədən sınaq imtahanları dövlət tərəfindən maliyyələşirdi. Ancaq maraqlı məqam ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsə belə, yenə də vətəndaşlar 3 manat pul ödəyirdilər.

İndi belə məlumatlar yayırlar ki, guya DİM yaranana qədər hər şey pulsuz olub. Xeyr, insanlar o zaman da qəbul və sınaq imtahanlarında iştirak üçün pul ödəyirdilər. DİM yaranandan sonra isə bu məbləğlər ciddi şəkildə artırıldı.

Nəzərə alaq ki, bakalavr səviyyəsində qəbul imtahanlarına giriş kartı 40 manat, sınaq imtahanları isə 40 manatdır. Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 30 manatdır. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Əgər vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Yəni belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz həmin məhsulu mənə vermirsiniz.

Bu, birinci uyğunsuzluqdur. İkincisi də, əlbəttə ki, sınaq imtahanlarında istifadə olunmuş test modellərinə çəkilən xərcdir. Məsələn, sualı yazan müəllifə bir suala görə 1 manat pul verilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Yoxlayan ekspertə isə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasına vərəqin birinə 0.2 qəpik xərclənir.

Kamran Əsədov: “Əvvəllər sınaq imtahanlarına yerlər 1 günə dolurdusa, indi fevral ayının 16-u üçün olan yerlər tam dolmayıb”.

Ümumilikdə sual kitabçasının hazırlanması üçün 220 manat pul xərclənir. Lakin hər adam üçün 1 sual kitabçası çıxarılmır axı. 1 sual kitabçası düzəldirlər, imtahanda 40 min nəfər iştirak edir.

Təsəvvür edin ki, bu məbləğ də onun arasında bölünür. Əgər sınaq imtahanında 30 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz. Burada kifayət qədər ciddi məbləğ var. Əgər imtahanda 40 min nəfər iştirak edirsə, onu 40 manata vurun və görün hansı məbləğ ortaya çıxır.

Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik, sınaq imtahanında istifadə olunan test tapşırıqları da təzə deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır.

Əvvəllər sınaq imtahanlarına yerlər 1 günə dolurdusa, indi fevral ayının 16-u üçün olan yerlər tam dolmayıb. Çünki birincisi, qeydiyyatdan keçmək sistemi olduqca çətindir. İkincisi də qiymət bahadır.

Hesab edirəm ki, əgər qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır. Təhsilə xidmətdən söhbət gedirsə, bu, 10 manatı keçə bilməz. Sınaq imtahanlarının qiyməti düzgün deyil. İmtahanda bir otaqda iştirak edən nəzarətçiyə 30 manat verirlər. Yəni xərclərə baxanda görürük ki, əldə edilmiş gəlirlər kifayət qədər çoxdur. Bu da doğru hal deyil”.

Nərminə Umudlu
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar