Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehman Hüseynov və Ülvi Həsənlinin təxribatları ifşa olundu - Video

Seçicilərin deputatlığa namizəd Kamaləddin Qafarovu kütləvi şəkildə dəstəkləməsi, müxtəlif ictimai rəy sorğularında davamlı şəkildə qalib olması çoxlarının yuxusunu ərşə çəkib...

Rəqib namizədlərin bu göstəricilər səbəbli xəyal qırıqlığına uğraması təbiidir. Amma blogger Mehman Hüseynovun son günlərdə Kamaləddin Qafarova qarşı çirkin kampaniyaya başlaması çoxlarını, yumşaq desək,ciddi düşündürürdü.

Nəhayət, bu gün “media fədaisi”, “azadlıq aşiqi” Mehman Hüseynovun maskası birdəfəlik cırılmış, onun saxtakar əməli danılmaz sübutlarla ifşa olunmuşdur. M.Hüseynovun kimlərinsə trollu olduğunu, müəyyən vədlər qarşılığında sifarişlə işlədiyini bilirdik. Amma onun bu qədər rəzil və primitiv birisi olduğunu təsəvvür etmirdik.

Dünən Kamaləddin Qafarovun Əmək və Sosial Münasibətlər Akademiyasında seçicilərlə möhtəşəm görüşü baş tutdu. Bu görüşü pozmaq üçün Mehman Hüseynov və Ülvi Həsənlinin fitnəkarlıq hərəkətləri törədəcəyi təxmin edilirdi. Zənnimiz doğru çıxdı: bu fitnəkarlığın banisi və ideya müəllifi- çox utancverici də olsa- Ülvi Həsənli vəicraçısı Mehman Hüseynov hərəkətə keçərkən yaxalandılar.

TəxribatçıMehman Hüseynovun bir qrup şəxslə 90 ZZ 349 nömrəli “Mersedes”lə gəldiyi məlum olmuş və o,qadınlara “təlimat keçərkən” kameralara tuş gəlmişdir. Videoya diqqət edin: Ülvi Həsənli və “demokratiya carçısı” Mehman Hüseynov bir neçə qadını akademiyanın giriş qapısının qarşısında necə fitnəkarlıq yaratmaq, diqqəti cəlb etmək “üsullarını” izah edir.
Bir məqama da diqqət yetirin: “təlimat” tam başa çatmır, onların hərəkətlərinin telefonla çəkildiyini görən Mehman Hüseynov çaşdığından özünü yolluğa atır. Ülvi də onun dalınca qaçır.

Rəzalət bununla bitmir. Mehman-Ülvi duetinin sosial şəbəkədə yaydıqları videoya baxaq. Həmin qadınları və Mehman Hüseynovu tanıdınızmı? Xahiş edirik, həmin qadınları diqqətlə yuxarıdakı “təlimat səhnəsi” ilə tutuşdurun. Ülvi ilə Mehmanın kimliyini axır ki, bildinizmi? Ağzına çullu dovşan sığmayan, medianın üz qarası olan Mehman Hüseynov, maskan cırıldımı?

“Cəsarətsiz və hiyləgər” Ülvi “ağılsız və primitiv” Mehman vasitəsilə öz “dahiyanə” planını həyata keçirməyə cəhd etdi. Amma təsadüfi bir çəkiliş onların məkrli və rəzil oyunlarını alt-üst etdi. Sən demə, indiyədək özlərini “haqq-ədalət tərənnümçüsü” kimi “piştaxtaya” çıxaran bu cütlük oyunlar quraraq öz “marketinq”lərini həyata keçirirmişlər.

Bu da son. Onların da iç üzü açıldı və insanlar bu “uğur centlmenlərinin” əsl xislətini gün işığına çıxardılar.

Yeri gəlmişkən, xanımlar da “sövdələşmə” dən məmnun görünürlər. Belə məlum olur ki,onlara həvalə olunmuş vəzifənin “haqqı” böyük səxavətlə, canla-başla verilir. Həqiqətən də, “istedadlı” xanımlardır. Oynadıqları rollar lap “Oskar”a layiqdir.

Finita la comedia, cənablar!

pia.az


Etiket: seçki təxribat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar