Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda marketdə redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlandı

Bakıda marketdə tanınmış jurnalist, “Xalq qəzeti”nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb...

T.Aydınoğlu “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hadisə yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, “Bülbül” prospekti 18 ünvanında yerləşən “Bravo” marketində qeydə alınıb:

“Həmin vaxt marketə daxil olub, əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra çantamın oğurlandığını gördüm. Bu barədə mühafizəçiyə və polisə müraciət elədim. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları gəldi. Kameraya baxış zamanı çantanı gənc oğlanın oğurladığını gördük”.

T.Aydınoğlu qeyd edib ki, əl çantasının içərisində ona məxsus 3 mobil telefon, plastik bank kartları, açarlar və “Əməkdar jurnalist” vəsiqəsi olub: “Mənə də əsas təsir edən “Əməkdar jurnalist” vəsiqəmin oğurlanmasıdır. Bank kartlarının hesablarını artıq dondurmuşam. İnanıram ki, polis əməkdaşları oğurluq edən şəxsi tapacaq”.

Fakt üzrə araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar