Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aylıq 297 manat ödəməklə kirayə mənzillərə sahib olmaq istəyənlərin nəzərinə - Video

Kirayə mənzillərin əldə edilməsi üçün yenidən müraciət qəbuluna yaxın günlərdə başlanılacaq...

Bunu İpoteka və Kredit Zəmanət Fondunun baş direktoru İlham Kələşov deyib.

Onun sözlərinə görə, hazırda sistemdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyətli dövlət qurumları ilə birgə işlər görülür.

İlham Kələşov elektron sistemin çökməsinin səbəblərini də açıqlayıb.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi mənzillərin 208-i Bakının Nizami rayonu, Mehdi Abbasov küçəsində, 40-ı Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 2-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir. Tam təmirli mənzillərin bir kvadratının qiyməti Bakıda 2210-2130, Sumqayıtda 2150, Xırdalanda isə 1800 manata başa gəlir.

Ancaq apardığımız araşdırma zamanı məlum oldu ki, Bakıda İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi mənzillərin yerləşdiyi ərazidə tam təmirli mənzillərin bir kvadratı 1200-1500 manat arasında, Sumqayıtda isə 1000-1100 manat arasında dəyişir. Yəni İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi kirayə mənzillərin qiyməti hazırkı bazar qiymətlərindən təxminən iki dəfəyədək bahadır. İlham Kələşov qiymət fərqinə də aydınlıq gətirib. Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.(Xəzər Xəbər).

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar