Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərifin dialoq çağırışı İranı qarışdırdı - Mühafizəkarlar ABŞ-la masaya oturmaqdan niyə çəkinirlər?..

İranda ABŞ-la dialoqa qarşı olan aksiyalar mühafizəkarların daha radikal qərarlar qəbul etməsinə yol aça bilərmi?..

Politoloq: “Dünyanın bəlli siyasi arenasında İran qədər qəliz siyasət yürüdən ikinci dövlət yoxdur”.

“Cavad Zərifin dediyi şərtlər, yəni İranın ABŞ-la dialoqa hazır olduğu şərtlər çox yüngüldür. Sadəcə olaraq bu şərtləri Tramp qəbul etmir və Tramp bilir ki, İran bir az da yumşalacaq”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu İranın Xarici İşlər naziri Cavad Zərifin ABŞ-la bağlı açıqlamasından sonra Tehranda keçirilən aksiyaların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Cavad Zərifin ABŞ-la dialoqun mümkünlüyü barədə açıqlaması Tehranda aksiyalara yol açıb. Çox sayda insan küçələrə çıxaraq, diplomatın açıqlamalarına etiraz edib. Narazı kütlə bəyan edib ki, Vaşinqtonun İrana güc tətbiq etməsinə hökumətin dialoqla cavab verməsi qəbuledilməzdir.

Xatırladaq ki, Cavad Zərif Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində ABŞ-la danışıqlara hazır olduqlarını bildirib: “Tramp adminstrasiyası səhvlərini düzəldə, sanksiyaları aradan qaldıra və müzakirələrə qayıda bilər. Biz hələ də müzakirə masasındayıq. Ayrılan onlardır” - deyə Zərif bildirib.

İranda ABŞ-la dialoqa qarşı olan aksiyalar mühafizəkarların daha radikal qərarlar qəbul etməsinə yol aça bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Dünyanın bizə bəlli olan hissəsində İran qədər qəliz siyasəti olan ikinci dövlət yoxdur”.

Hal-hazırda İran mühafizəkarlarının ölkənin daxilində kəskin addımlar ata bilməsini proqnoz edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, əslində Tehranın bu ş\kildə davranışları İranın tarixi məntiqindən irəli gələn məsələdir:

İran mühafizəkarları ABŞ-a qarşı heç bir radikal addımlar ata bilməz. Çünki artıq ABŞ-ın sanksiyaları İrana kifayət qədər təsirini göstərir. Bu sanksiyalar demək olar ki, İranın imkanlarını tamamilə məhdudlaşdırıb. Buna görə də son dövrlərdə İran tərəfi daha çox dialoqlardan danışır. O dövrkü hadisələri şərh edəndə də mən demişdim ki, Qasim Süleymaninin ölümü Ali Rəhbərin də, prezidentin də əl-qolunu açacaq və İran ABŞ-la dialoqa daha çox meyl edəcək. İndi də proseslər həmin istiqamətdə gedir.

Dünyanın bəlli siyasi arenasında İran qədər qəliz siyasət yürüdüən ikinci dövlət yoxdur. Amma İranın siyasətinin təməl prinsiplərini düzgün anlamaq lazımdır. Onda aydın olar ki, Tehran üçün fayda haradan gələ bilər. İran üçün fayda oradan gələ bilər ki, Tehran Vaşinqtonla bir yerdə olmalıdır. Həmçinin İranın tarixi ənənələri onu diqtə edir ki, Türkiyə ilə daim düşmənçilik vəziyyətində olsun. Eyni ilə Ərəblərə qarşı da İranın tarixi ənənləri bunu tələb edir. İranda tarixi ictimai şüur hakimdir. Amma Tehran mövcud geosiyasi reallıqları qəbil etməlidir. Sadəcə olaraq İranda dini məsələlər üst qurumdur. Lakin geosiyasi vəziyyətin ayrı diqtələri var. Buna görə də İrandakı mühafizəkar dairələr heç bir kəskin addım ata bilməz.

Mübariz Əhmədoğlu: “ABŞ İranla anlaşa bilsə, şah zamanında olduğu kimi, İranın və bütün Yaxın Şərqin jandarmı ola bilər. O zaman həm ABŞ-ın, həm də İranın Yaxın Şərqdə əl-qolu çox açıla bilər”.

Hal-hazırda İran mühafizəkarları ölkənin daxilində kəskin addımlar ata bilərlər. Bu da İranın tarixi məntiqindən irəli gələn məsələdir. Mən tam səmimi deyirəm ki, İranın çiçəklənməsini və normal siyasət aparmasını ən çox arzu edənlərdənəm. İran müsəlman dövlətidir və istərdim ki, bu ölkə elə bir müsəlman dövləti olsun ki, müsəlmançılığın başın uca etsin. Amma çox təəssüf ki, İran bu yolla getmir. Bir daha deyim ki, mühafizəkarlar etiraz edən əhaliyə qarşı daha sərt addımlar atsalar, bu da İranın tarixi ənənələrindən irəli gələn məsələlərdən olacaq. Yəni Tehran daha çox şüuraltı siyasət yürüdür.

“Spiegel”in jurnalistinin suallarını cavablandıran Cavad Zərif dedi ki, Qasim Süleymaninin ölməsinə baxmayaraq, biz ABŞ-la dialoqa hazırıq. Cavad Zərifin dediyi şərtlər, yəni İranın ABŞ-la dialoqa hazır olduğu şərtlər çox yüngüldür. Sadəcə olaraq bu şərtləri Tramp qəbul etmir və Tramp bilir ki, İran bir az da yumşalacaq. Onsuz da İran ABŞ-la dialoqa tərəf gedir. Bu şərtlərlə də ABŞ-ın İranla dialoqa getməsi vacibdir.

İran ABŞ-a lazımdır və bunu Vaşinqtonda da gözəl analyırlar. Lakin Ağ Ev hesab edir ki, İran daha çox yumşalmalıdır. ABŞ İranla anlaşa bilsə, şah zamanında olduğu kimi, İranın və bütün Yaxın Şərqin jandarmı ola bilər. O zaman həm ABŞ-ın, həm də İranın Yaxın Şərqdə əl-qolu çox açıla bilər.

Mübariz Əhmədoğlu: “İran elə siyasət yeritməlidir ki, bu siyasət Tehranın geosiyasi maraqları və vətəndaşları nın rifahı üçün fatdalı olsun”.

Bu ittifaq sabah Rusiyaya, biri gün Çinə, Türkiyəyə, Ərəb dövlətlərinə qarşı çıxış edə bilər. Nəhayət də İran ABŞ-la müqaviləyə girib Azərbaycana qarşı da çıxış edə bilər.

Əslində ABŞ-İran ittifaqı Yaxın Şərqdə maraqları olan güclərin heç birinə sərf etmir. Bu üzdən də hesab etmirəm ki, İranla ABŞ arasında hansısa saziş ortaya çıxsın.

Buna görə də İran elə siyasət yeritməlidir ki, bu siyasət Tehranın geosiyasi maraqları və vətəndaşları nın rifahı üçün fatdalı olsun. İran öz vətəndaşını qırmaq yox, əksinə ABŞ-la dialoqa getməlidir ki, özünün daxilindəki sosial-iqtisadi problemləri stumullaşdırsın”.

Nərminə UMUDLU
pia.az


Etiket: İran- ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar