Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 milyard manat olacaq

2019-2022-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məcmu kapital qoyuluşları 14 mln. manat məbləğində proqnozlaşdırılır...

PİA.az xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin SOCAR-ın reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

Agentliyin proqnozuna görə, bu illərdə birgə müəssisələrə investisiyaların məbləği 800 mln. manat proqnozlaşdırılır.

Hesabatda qeyd edilib ki, 2019-cu ilin 30 iyun tarixinə qısamüddətli və uzunmüddətli borcun cari səviyyəsi olan 4,2 mlrd. manat qarşısında SOCAR-ın likvidliyi 7,6 mlrd. manat təşkil edib.

“Likvidliyə 6 mlrd. manat məbləğində nağd pul kütləsi, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üçün 1,5 mlrd. manat məbləğində istifadə olunmayan kredit xətti daxildir. Qısamüddətli borc öhdəliyinin əsas hissəsi ABŞ dollarındadır”,- Agentliyin hesabatında qeyd edilib.

Bildirilib ki, SOCAR-ın Türkiyədəki nəhəng investisiyası olan STAR neft emalı zavodu 2018-ci ildə istismara verilib. Zavod 2019-cu ilin ortalarında tam gücü ilə işə düşüb. 6,3 mlrd. dollar məbləğində olan layihənin 3,3 mlrd. dolları layihə maliyyələşdirilməsi hesabına maliyyələşdirilib:

“SOCAR-ın balans hesabatında konsolidasiya olunmayan bu layihənin əlavə böyük məbləğ tələb etməyəcəyinə və bəzi dividendlər ödəməyə başlamazdan əvvəl əməliyyat pul vəsaitləri borcunu prioritet olaraq ödəyəcəyinə inanırıq. 2022-ci ilə qədər dividend ödənişinin başlayacağını gözləmirik”, Agentliyin hesabatında qeyd edilib. (Report)

pia.az


Etiket: SOCAR

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar