Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

İDEA daha bir həyəti abadlaşdırdı - Video

Paytaxtda təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılması davam edir...

Yenilənmiş növbəti həyət Yasamal rayonu, Parlament prospekti 2B, 4 və 6A ünvanında yerləşir.

PİA.az xəbər verir ki, İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş bizim həyət layihəsi çərçivəsində daha bir yenilənən həyət sakinlərin istifadəsinə verilib. Layihə 600 nəfərin yaşadığı üç yaşayış binasını əhatə edir. Burada sakinlərin istirahəti üçün bütün şərait yaradılıb.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri üçün əlavə olaraq həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri təmir olunub və yeni liftlər quraşdırılıb.

Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpa edilməsi, sakinlər üçün yaşam şəraitinin yaradılmasıdır. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar sakinlər paytaxt ərazisində abadlaşmaya ehtiyacı olan həyətlər barədə İDEA İctimai Birliyinə müraciət edə bilərlər. (Oxu.az)

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar