Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

BMT Azərbaycanda 2020-2021-ci illərdə inflyasiya üzrə proqnozlarını açıqlayıb

Bu il Azərbaycanda istehlak qiymətlərinin indeksi 2019-cu ilə nisbətən 2,8% artacağı gözlənilir...

"APA-Economics"in BMT-nin yeni proqnozuna istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə inflyasiya 2,8%, gələn il isə 3% səviyyəsində olacağı gözlənilir.

BMT-nin proqnozuna görə, MDB ölkələri arasında ən yüksək inflyasiya səviyyəsi Özbəkistan və Türkmənistanda gözlənilir. 2020-ci ildə bu ölkələrdə istehlak qiymətləri indeksinin müvafiq olaraq 10,1% və 8% gələn il isə müvafiq olaraq 8,9% və 6% artacağı proqnozlaşdırılır.

Ən aşağı inflyasiya isə Qırğızıstanda gözlənilir. BMT-nin proqnozlarına görə, sözügedən ölkədə inflyasiya bu il 1,5%, 2021-ci ildə isə 2% təşkil edəcək.

Ümumilikdə, MDB ölkələrinin orta inflyasiya səviyyəsi 2020-ci və 2021-ci illərdə müvafiq olaraq 4,4% və 4,1% təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan hökumətin rəsmi proqnozlarına əsasən, 2020-ci ildə inflyasiya 4,6% olacaq və ölkədə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində saxlanılması təşkil edəcək.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: BMT inflyasiya


loading...

Ən çox oxunanalar