Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 5 faiz işsiz var? - İqtisadçıdan cavab

Doğrudanmı Azərbaycanda işsizliyin səviyyəsi bu qədər aşağıdır?..

İqtisadçı: “Azərbaycanda işsizlərin sayının 5 faiz olması o deməkdir ki, rəsmi işsiz kimi qeydə alınlar bu qədərdir”.

Azərbaycanda işsizlik iki rəqəmlə ifadə olunmalıdır”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin bu il və 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsini 5% proqnozlaşdırmasını PİA.az-a şərh edərkən qeyd edib.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il və 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5% olacağını proqnozlaşdırır. Bu barədə agentliyinin ölkə üzrə yeni icmalına istinadən xəbər verilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvarın 1-nə ölkədə iqtisadi fəal əhali arasında işsizlərin payı 4,8% olub.

Bu statistika nə qədər inadırıcıdır və doğrudanmı Azərbaycanda işsizliyin səviyyəsi bu qədər aşağıdır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Azərbaycanda gənclər arasında və ümumi əhali arasında işsizlik çox yüksəkdir”.

Qonşu Türkiyədə gənclər arasında işsizliyin 27 faiz olduğunu xatırladan iqtisadçı PİA.az-a açıqlanmasında bildirib ki, Azərbaycanda bu göstərici daha yuxarıdır:

Azərbaycanda işsizliklə bağlı olan rəqəmlər hər bir insanda olduğu kimi bizdə də şübhə doğurur. Əslində beynəlxlaq reytinq agentlikləri dövlət statistikasının rəqəmlərinə bir az dəyişiklik edirlər. Yəni onlar həmin statistikanı bir az artıraraq təqdim edirlər. Ölkədə alternativ statistika olmadığına görə beynəlxalq agentliklər bunu etməyə məcburdurlar.

Mən hesab etmirəm ki, Azərbaycanda işsizliyin səviyyəsi aşağıdır. Bildiyimiz kimi Milli Məclisə seçkilərə görə seçki kampaniyasındayıq. Bizə müraciə edənlərin də mütləq əksəriyyəti işsizlərdir. Hətta Milli Məclisə namizədliyini irəli sürənlərin də statistikasına baxanda görünür ki, müraciət edənlərin çoxu işsizlərdir.

Hesab edirəm ki, gənclər arasında və ümumi əhali arasında işsizlik çox yüksəkdir. Hətta Azərbaycanda işsizlik iki rəqəmlə ifadə olunmalıdır. Qonşu Türkiyədə gənclər arasında işsizlik 27 faizdir. Azərbaycanda bu göstərici daha yuxarıdır. Ümumiyyətlə iqtisadiyyatı inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 8-12 faiz olduqda bu normal hal hesab olunur.

Nazim Bəydəmirli: “Milli Məclisə namizədliyini irəli sürənlərin də statistikasına baxanda görünür ki, müraciət edənlərin çoxu işsizlərdir”.

Azərbaycanda işsizlərin sayının 5 faiz olması o deməkdir ki, rəsmi işsiz kimi qeydə alınlar bu qədərdir. Çünki insanlar işsiz olaraq müavinat üçün müraciət etdikləri yerdə onları qeydiyyata almırlar və süründürürlər. Həmçinin müavinat verilməməsi üçün müxtəlif əngəllər törədirlər. Buna görə də insanlar bir necə dəfə müraciət edəndən sonra bezirlər və daha müraciət etmirlər.

Azərbaycanda işsizliklə bağlı dövlət, iqtisadi, sosial siyasət kökündən dəyişdirilməlidir. Normal iqtisadiyyatda prosesləri normal idarə etmək üçün gərək statistika da doğru olsun”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar