Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Azad Rəhimov: “Avropa çempionatının final mərhələsinin öhdəsindən layiqincə gələcəyik”

Bu gün AFFA-nın növbəti konfransı keçirilir...

Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev əvvəlcə konfrans iştirakçılarını salamlayıb.

Daha sonra söz gənclər və idman naziri Azad Rəhimova söz verilib. O, ölkəmizdə idmana olan qayğıdan söz açıb: “Hər il ölkəmizdə böyük yarışlar keçirilir. Ən çox sevilən futbol da bu baxımdan istisna deyil. Ötən il Avropa Liqasının Bakıda keçirilən final görüşü yüksək təşkilatçılıqla yadda qaldı. Bu, çox mühüm hadisə idi. Bu il də məzmunlu yarışa şahidlik edəcəyik. Avropa çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. İnanıram ki, bunun da öhdəsindən layiqincə gələcəyik”.

O, AFFA-nın çoxsaylıq infrastruktur layihələrin həyata keçirdiyini vurğulayıb: “Gənclər və idman nazirliyi də bu baxımdan bir sıra kütləvi futbol tədbirləri həyata keçirir. Ölkəmizdə bir çox aşağı yaş qrupları üzrə turnirlər yüksək səviyyədə keçirilir. “Real” klubunun gənclər və idman nazirliyi ilə əməkdaşlığı ölkəmizdə futbolun inkişafına təkan verəcək”.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar