Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Bünyadovun qatilinin qohumu deputat olmaq istəyir — Tariximizə güllə atanların iddiası

Parlament seçkiləri öncəsi müşahidə olunan qızğın və maraqlı rəqabət fonunda 73 saylı Lənkəran şəhər seçki dairəsi diqqət çəkir...

Ona görə yox ki, bu dairədə hər-hansı qalmaqal, yaxud seçki pozuntusu var. Şübhəsiz ki, digər seçki dairələrində olduğu kimi burada da prosesin seçki qanunvericiliyinə və demokratik prinsiplərə uyğun davam etdiyi, namizədlərə təbliğat-təşviqat kampaniyası aparmaq üçün bərabər şəraitin yaradıldığı müşahidə olunur. Bu dairəni ilginc edən səbəb isə Cəfərov Murad Taleh oğlu adlı şəxsin deputatlığa namizəd olmasıdır.

Burada iki məqam var, hansı ki, ictimai məsuliyyət hissi məsələni araşdırmaq zərurətini yaradır.

Birincisi, Murad Cəfərovun ümumiyyətlə namizəd olmasıdır.

İkincisi isə, bu şəxsin namizədliyini məhz 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürməsidir.

Murad Cəfərovun hər bir vətəndaş kimi seçilmək hüququndan istifadə etməsinə heç kim mane ola bilməz. Onun namizədliyinin qeydiyyata alınması, təbliğat-təşviqat kampaniyası aparması üçün seçki administrasiyası tərəfindən lazımi şəraitin yaradılması da göstərir ki, Azərbaycanda demokratik seçki mühiti var. Məsələ Murad Cəfərovun kim olması və sahib olduğu tərcümeyi-halın timsalında Milli Məclisdə xalqın təmsilçisi iddiasına düşməsidir.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Murad Cəfərovun adı partiyadan icazəsiz namizədliyini irəli sürən və buna görə partiyadan xaric edilənlər arasındadır. Öz partiyasını və əqidəsini karyeraya dəyişən bu şəxsin tərcümeyi-halı isə sözün həqiqi mənasında şok effekti yaradır. Belə ki, deputatlığa namizəd olan Murad Cəfərov Azərbaycanın tarixinə, eləcə də suverenliyinə “güllə atan” ailədən gəlir.

Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə, Murad Cəfərovun dayısı Həsənov Rövşən Malik oğlu görkəməli şərqşünas alim, akademik Ziya Bünyadovu qətlə yetirən silahlı qruplaşmanın tərkibində olub. O, bu əməllərinə görə 2000-ci ildə 14 il həbsə məhkum edilib və 9 il 8 ay həbsxana həyatı keçirib.

Ümumilli lider Heydər Əliyevin yaxın silahdaşı olan Ziya Bünyadov Sovet İttifaqı qəhrəmanı kimi bütün MDB məkanında Azərbaycanın ziyalı simalarından biri hesab olunurdu. Müstəqilliyimiz bərpa edəndən sonra azadlıq hərəkatının öndə gedənlərindən olub, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra isə onunla eyni amal - müstəqil Azərbaycanın güclənməsi istiqamətində çalışıb.

Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etməsi ən böyük milli addımlarından biridir. Çünki müqəddəs kitabın tərcüməsi qonşu ölkələrin dini-klerikal dairələrinin Azərbaycana ixrac etməyə çalışdığı xurafatı aradan qaldırmağa kömək etdi. O cümlədən, ölkəyə din üzərindən kənar müdaxilələrin qarşısında böyük səddə çevrildi. Ziya Bünyadov Azərbaycan dövlətçiliyinə göstərdiyi bu xidmətlərə, dolayısı ilə suverenliyimizə qənim kəsilən kənar qüvvələrin uzanan əllərinin kəsilməsində oynadığı rola görə qətlə yetirildi. Onun qatillərinin illər sonra etdiyi etiraflar da sifarişin hansı ölkədən, hansı dairələrdən gəldiyini təsdiqləyir.

Ziya Bünyadova güllə atmaq sözün həqiqi mənasında Azərbaycanın suverenliyinə güllə atmaq idi. Bu qətlin sifarişçilərinin məqsədi də bu müqayisəni haqlı çıxarır. İndi Azərbaycanın suverenliyinə güllə atanlardan birinin qohumu suveren Azərbaycanın milli parlamentində xalqın təmsilçisi olmağa iddia edir. Qanun bunun qarşısını almır, amma ictimai məsuliyyət, milli yaddaş, tarixi gerçəkliklər bunun önündə keçilməz səddə çevrilir. Axı Murad Cəfərov hansı haqla bu xalqın təmsilçisi olmağa iddia edir? Bu şəxsin özünün ictimai məsuliyyəti olsaydı, ümumiyyətlə belə bir addım atmazdı. Görünür, tərcümeyi-halını özü üçün maneə hesab etmir, amma belə bədnam, rüsvayçı keçmişi olan bir şəxs millətin vəkili kimi xalqı parlamentdə təmsil edə bilərmi?! Murad Cəfərovun bu sualın qarşısında verməyə cavabı varmı?

Onun namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verməsi isə məsələnin bir başqa tərəfidir. Çünki bütün cənub bölgəsinin sakinləri əslən Astara rayonundan olan Ziya Bünyadovu respublikada özlərinin fəxri sayırlar. Necə ki, görkməli alim bütün dünyada Azərbaycanın fəxridir, respublikada da cənub bölgəsinin sakinləri üçün elədir. Cənub bölgəsinin yetişdirdiyi ən böyük şəxsiyyəti qətlə yetirən Həsənov Rövşən Malik oğlunun bacısı oğlu Murad Cəfərov indi bölgədəki vətəndaşlardan səs istəyir, onları parlamentdə təmsil edəcəyini bildirir. Bəlkə də seçki prosesində müşahidə etdiyimiz ən böyük paradoks məhz budur. Məşhur atalar sözü burada yada düşür: “Məscidin qapısı açıqdırsa...”. Gerisini Murad Cəfərovun özü anladı... (demokrat.az)

pia.az


Etiket: Murad Cəfərov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar