Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: Dünya nizamının bugünkü quruluşu çoxqütblülüyü nəzərdə tutur - Video

Müasir dünya nizamı çoxqütblülük prinsiplərinə əsaslanmalıdır...

Müasir dünya nizamı çoxqütblülük prinsiplərinə əsaslanmalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsi zamanı bildirib.

“Böyük ölkələrin həmişə bu ölkələrdən kənarda öz maraqları olur. Hər ölkə özü üçün ən yaxşı şərtlərə nail olmaq, təsir dairəsini genişləndirmək istəyir. Bunda yeni bir şey yoxdur, uzun illərdir bunu müşahidə edirik, sadəcə, fərqli intensivlikdə. Ona görə də məsələ bunda deyil.

Məsələ bundadır ki, dünya nizamının bugünkü quruluşu, həmçinin, beynəlxalq münasibətlərin konstruksiyası elədir ki, çoxqütblülük nəzərdə tutur”, - dövlət başçısı vurğulayıb.

İlham Əliyevin sözlərinə görə, beynəlxalq hüquq normalarının gözlənilməməsi ağır nəticələrə səbəb ola bilər.

“Qaydaların olmaması və ya pozulması, əlbəttə ki, nəticələrə səbəb olar. Daha doğrusu, inam pozulur, ölkələr arasındakı qarşılıqlı fəaliyyət səviyyəsi azalır. Əksinə, bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə gətirib çıxarır”, - prezident bildirib.

Prezident qeyd edib ki, bu, həmçinin, bir çox ölkələr arasındakı münasibətlərdə gərginliyə də səbəb olur.

“Bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, həm beynəlxalq məsələrə, həm də iqtisadi problemlərlə əlaqəli məsələlərə aiddir. İnam sarsılır, proqnazlaşdırma qabiliyyəti sarsılır və biznes aparmaq çətinləşir”, - İlham Əliyev vurğulayıb.

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar