Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

ABŞ səfirliyi reaktiv mərmilərdən atəşə tutulub: Yaralılar var

“Yaşıl zona”nın və ABŞ-ın Bağdaddakı səfirliyinin reaktiv mərmilərdən atəşə tutulması nəticəsində bir neçə nəfər yaralanıb...

Bu barədə “Al Sumaria” təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, ən azı üç nəfər yaralanıb, onların milliyyəti hələ müəyyənləşməyib. Hazırda helikopterlər səfirliyin binasında olan insanların təxliyyəsi üzərində işləyir.

İraqın Baş naziri Adil Əbdül Mehdi diplomatik nümayəndəliklərə hücumun ölkənin ən yüksək maraqlarına və digər dövlətlərlə əlaqələrinə zərər verdiyini söyləyib.

O, bütün diplomatik nümayəndəlikləri qorumağa və bunun üçün lazım olan tədbirləri görməyə çağırıb.

Xatırladaq ki, yanvarın 26-da “yaşıl zona”ya beş raket atılmışdı, onlardan biri ABŞ səfirliyi binasında restorana düşmüşdü. Zərərçəkənlərin olmadığı bildirilmişdi.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ABŞ

Şərh yazın.


loading...

Ən çox oxunanalar