Bakıda yanğın qeydə alınıb
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində tikilən taxtadan ibarət tikililər 12 m² sahədə, 1 ədəd paltaryuyan maşın və dəhlizdən keçən 6 p. m elektrik naqili yanıb.
Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
pia.az