Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xərçəng bəlası - Xəstəliyin ölkəmizdə surətlə yayılma səbəbi nədir?

Ölkəmizdə xərcəngin bu qədər surətlə yayıldığı şəraitdə bu bəlanın qarşısını almaq üçün görülən tədbirlər qənaətbəxşdir?..

Professor: “Bütün dünyada xərçəng xəstəliyinin artan dinamikası var”.

“Heç kəsə sirr deyil ki, bu gün qəbul edilən qidaların böyük əksəriyyəti xeyli problemlidir və aşağı keyfiyyət parametləri ilə xarakterizə olunur. Daha çox konserv olunmuş və zərərli qidalardan əhalinin istifadəsi əlbəttə ki, bu xəstəliyi artırır”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda son 14 ildə xərçəng xəstəliyinin 200 faiz artması səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xərçəng XXI əsrdə dünyada insanların əsas ölüm səbəbləri arasında ikinci pillədə qərarlaşıb. Gün ərzində bu xəstəlikdən 30 minə yaxın insan dünyasını dəyişir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təkcə 2018-ci ildə xərçəng xəstəliyindən 9,6 milyon insan ölüb. Dünyada hər 6 ölümdən 1-i xərçəngin payına düşür.

Xərçəngin yayılmasına görə dünyada ilk pillədə Avstraliya dayanır. Bu ölkədə hər 100 min nəfərə 468 yoluxma halı qeydə alınıb. Eyni göstərici Yeni Zelandiyada 438.1, 3-cü yerdə qərarlaşan İrlandiyada isə 373.7 qeydə alınıb.

Azərbaycanda isə xərçəngə yoluxma halları son 14 ildə 200% artıb. Belə ki, 2005-ci ildə rəsmi statistika xərçəngə yoluxanlar 23,088 nəfər təşkil edibsə, 2010-cu ildə bu rəqəm 28.052, 2015-ci ildə 40.653, 2017-ci ildə 45.756 və 2018-ci ildə daha da artaraq 48.685 təşkil edib.

Ölkəmizdə xərcəngin bu qədər surətlə yayılmasının səbəbi nədir və bunun qarşısını almaq üçün görülən tədbirlər qənaətbəxşdir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib.

Adil Qeybulla: “Azərbaycan xərçəng xəstəliyinə qarşı mübarizədə dünyanın getdiyi yolla getməlidir”.

Əgər bu cür davam edəcəksə, xərçəng xəstəliyinin surətlə artacağını düşünən professor PİA.az-a açıqlamasında əlavə edib ki, bu sahədə qlobal işlərin görülməsinə ehtiyac var:

“Bütün dünyada xərçəng xəstəliyinin artan dinamikası var. Xərçəng xəstəliyinin surətlə artmasının bir çox səbəbləri var. Bunlar aşağıdakılardır:

1. Əhalinin sayının artması
2. Ekoloji səbəblər
3. Qidalanma
4. Siqaret çəkmə və alkaqolun qəbulunun insanlar arasında çoxalması da xərçəng xəstəliyini artıran səbəblər arasındadır.

Heç kəsə sirr deyil ki, bu gün qəbul edilən qidaların böyük əksəriyyəti xeyli problemlidir və aşağı keyfiyyət parametləri ilə xarakterizə olunur. Daha çox konserv olunmuş və zərərli qidalardan əhalinin istifadəsi əlbəttə ki, bu xəstəliyi artırır.

Həmçinin atmosfer havasında çirkləndirici maddələrin, xüsusilə benzaprin törəmələrin, neft məhsullarının sayının artması bu statistikaya ciddi şəkildə təsir edir. Bu statistikaya təsir edən amillərdən biri də radiasiyadır. Bilirik ki, müxtəlif yerlərdə nüvə sınaqları həyata keçirilir və radiasiyalar mövcuddur. Məsələn Ukraynada atom elektrik stansiyasının bir blokunun partlması xeyli yerdə radiasiyanın yayılmasına səbəb oldu. Belə oxşar hallara görə radiasiyalar külək vasitəsi ilə yer kürəsinə yayılır. Radiasiyalar yer kürəsində olan canlılara öz təsirini göstərir, o cümlədən də insanlara təsir edir.

Adil Qeybulla: “Siqaret çəkmə və alkaqolun qəbulunun insanlar arasında çoxalması xərçəng xəstəliyini artıran səbəblər arasındadır”.

Onu da vurğulayım ki, böyük şəhərlərdə havanın çirklənməsi halları daha çoxdur. Məsələn avtomobillərdən çıxan benzaprin törəmələri, yanma məhsullarının özləri birbaşa havaya atılır və onlar havada müəyyən çöküntülər əmələ gətirir. Böyük şəhərlərdə də insanlar həmin hava ilə nəfəs almaq zorundadırlar. Həm də bunlar hamısı xərçəng xəstəliyinin adambaşına dinamikasının artmasına gətirib çıxaran səbəblər sırasındadır.

Əgər bu cür davam edəcəksə, xərçəng xəstəliyinin surətlə artması davam edəcək. Bu sahədə qlobal işlərin görülməsinə ehtiyac var.

Hesab edirəm ki, Azərbaycan xərçəng xəstəliyinə qarşı mübarizədə dünyanın getdiyi yolla getməlidir. Yəni dünya təcrübəsində hansı tədbirlərdən istifadə edirlərsə, biz də həmin təcrübədən istifadə etməliyik. Bu xəstəliyə qarşı əsas görülən tədbirlərə misal olaraq mümkün qədər ölkəyə standarta uyğun olmayan maşınların buraxılmamasını, yaşıllıqların salınmasını, ekologiyaya yaxşı fikir verməyi, daxili istehsalı stimullaşdırmaq kimi tədbirləri göstərmək olar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar