Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

İran Türkiyəyə zəlzələdən sonra yardım təklif edib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 20-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra Türkiyəyə yardım təklif edib

Bu barədə İran XİN-dən bildiriblər.

Bildirilib ki, Türkiyədəki zəlzələdən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəli həmkarı ilə telefon danışığı zamanı İranda xəsarət alanlara lazım olan köməyi göndərməyə hazır olduğunu açıqladı.

M.C. Zərif baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.(Trend)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Zəlzələ


loading...

Ən çox oxunanalar