Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlığa namizəd Güloğlan Cabbarov seçiciləri ilə növbəti görüş keçirib - Fotolar

Bu gün 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən Güloğlan Cabbarovun təbliğat-təşviqat işləri çərçivəsində Nərimanov rayon sakinləri ilə geniş tərkibli görüşü baş tutub

Görüşdə çıxış edən Fəxrəddin Nağıyev deputatlığa namizəd Güloğlan Cabbarovun yanvar ayının 17-dən etibarən başlayan təbliğat-təşviqat kampaniyasının arzuolunan səviyyədə keçdiyini və seçicilərin etimadını qazandığını vurğulayıb. O, Güloğlan Cabbarovun Milli Məclisdə layiq olduğu yeri tutacağına inandığını bildirib.

Daha sonra çıxış edən Aydın Mehdiyev qeyd edib ki, seçicilər Güloğlan Cabbarovun namizədliyini dəstəkləyir və ona səs verəcəklər. Aydın Mehdiyev bu ilki seçki prosesinin tam şəffaf şəkildə həyata keçirildiyinə inandığını da qeyd edib.


Görüşdə Vurğun Həsənov, Vüqar Piriyev, şairə Nailə İmanlı, Çimnaz Məmmədova və digər seçicilər öz namizədinə uğurlar arzulayıb və ona güvəndiklərini bildiriblər.

Sonda çıxış edən deputatlığa namizəd Güloğlan Cabbarov göstərilən dəstəyə görə seçicilərinə minnətdarlığını bildirib. O, dəstək üçün Türkiyədən gələn qonaqların olduğunu da vurğulayıb. Son illər ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlara toxunan deputatlığa namizəd Güloğlan Cabbarov bu islahatların cəmiyyətimizin inkişafında və əhalinin sosial rifahının yaxşılaşmasında müsbət rol olduğunu vurğulayıb. Əsas devizinin "Bizim yolumuz haqq yoludur, ədalət yoludur!” olduğunu deyən, Güloğlan Cabbarov ilk olaraq qardaş Türkiyənin Elağız və Malatya şəhərlərində baş verən zəlzələ nəticəsində həyatını itirənlərə bir dəqiqəlik sayğı duruşunda durulmasın istədi.

Bir dəqiqəlik sayğı duruşunun ardından çıxışını davam etdirən Güloğlan Cabbarov qeyd edib ki,deputatlığa namizədliyində əsas məqsədinin məhz seçicilərinin sosial problemlərinin həlli ilə bağlı olduğunu qeyd edib. O, seçiciləri tərəfindən böyük dəstək gördüyünü və qələbə qazanacağına inandığını bildirib.

pia.az


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar