Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər - İtkilər açıqlanıb

Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər və onların nəticəsində qeydə alınan itkilər açıqlanıb

“Report” “Hürriyet”ə istinadla xəbər verir ki, 1966-cı il Muş şəhərinin Varto rayonunda 2 zəlzələ qeydə alınıb.

İlk təkanlar martda baş verib və nəticədə 14 nəfər ölüb. Ondan 5 ay sonra baş verən ikinci zəlzələ nəticəsində isə 2400 nəfər həlak olub.

1976-cı ilin noyabrın 24-də Vanın Muradiye rayonunda qeydə alınan 7.5 bal gücündə zəlzələ nəticəsində 3840 nəfər ölüb. Məlumata görə, dağıntılar altında qalanların bir hissəsi soyuq havadan donaraq həyatını itirib.

1999-cu ilin avqustun 17-si episentri Kocaelinin Gölcük rayonunda yerləşən zəlzələ Kocaeli ilə yanaşı Yalova, İstanbul, Bursa, Bolu, Zonquldak və Eskişehir şəhərlərində 18 min nəfərin həyatına son qoyub, 20 mindən artıq insan isə yaralanıb. 7.4 bal gücündə olan yeraltı təkanlar Ankara və Egey bölgəsində də dağıntılara səbəb olub.

Kocaeli zəlzələsindən 3 ay sonra olan 7.2 bal gücündə baş verən Düzce zəlzələsində isə 710 nəfər ölüb, minlərlə insan yaralanıb. Zəlzələ hətta Ukraynada da hiss edilib.

2011-ci ilin oktyabrın 23-də isə Vanın Tabanlı rayonunda 7.2 bal gücündə zəlzələ baş verib. Noyabrın 9-u isə Edremit rayonunda 5.6 gücündə yeraltı təkan olub. Ard-arda baş verən zəlzələ nəticəsində ümumilikdə 644 nəfər həyatını itirib, 1966 nəfər isə yaralanıb.

pia.az


Etiket: Zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar