Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn Rauf Arifoğlunu dəstəklədi

“Sənə olan hücumlardakı səmimi olanlardan daha çox fürsətçiləri, paxılları, insafsızları da görürəm və bunlara qarşı sənin yanında olduğumu bildirirəm”

Azərbaycan Xalq Partiyasının sədri, eks baş nazir Pənah Hüseyn Xətai 35 saylı seçki dairəsindən deputatlığa namizəd Rauf Arif oğlu Abbasovun namizədliyini dəstəkləyib. O, bu barədə R.Arifoğlunun seçki təbliğatı kampaniyası çərçivəsində hazırlanan xüsusi buraxılış üçün aşağıdakı materialı yollayıb.

Musavat.com həmin yazını sizlərə təqdim edir: “AR Milli Məclisinə 9 fevral 2020- ci ildə keçiriləcək növbədənkənar seçkilərdə 35 saylı Xətai Seçki Dairəsindən namizəd Rauf Arifoğu haqqında Xüsusi Bülleten hazırlayırıq, sizin də Rauf bəyi seçicilərə necə təqdim etməyiniz maraqlı olardı deyə təşkilatçılar mənə müraciət etdilər. Mən də bu yazını göndərdim, Rauf Arifoğlu haqqında mənim fikirlərim burda özümün də razı qaldığım şəkildə əks olunub, məsləhət olsa dərc edin dedim.dri, eks baş nazir Pənah Hüseyn Xətai 35 saylı seçki dairəsindən deputatlığa namizəd Rauf Arif oğlu Abbasovun namizədliyini dəstəkləyib. O, bu barədə R.Arifoğlunun seçki təbliğatı kampaniyası çərçivəsində hazırlanan xüsusi buraxılış üçün aşağıdakı materialı yollayıb.

“Əziz Rauf bəy.

Səni 23 iyul tarixinə təsadüf edən ad günü münasibəti ilə təbrik edirəm. Dostlar bilir ki, mən ad günlərinə nadir hallarda, bəzi yubileylərdə təbrik ünvanlayıram. Və 49 yaş da yubiley deyil. Odur ki, bu təbrikim də sıradan bir ad günü təbriki olmayıb, həm də indi sənin ətrafında yaranmış vəziyyətdə bir münasibət ifadəsidir. Dərindən inanıram və sənin də bu məsələdə həmrəy olduğunu bilirəm ki, siyasi mövqeləri, dəyərləri şəxsi münasibətlərə qurban vermək nə qədər yolverilməzsə, şəxsi insani dəyərləri siyasi münasibətlərə görə müəyyənləşdirmək daha artıq bir naqislikdir. Əlbəttə ki, elə hədlər var ki, mütləq seçim qarşısında durmalı olursan və yalnız təmənna etmək qalır ki, Allah bizə bu seçimi qismət etməsin.

“Əməkdar jurnalist” fəxri adını almağını da siyasi konyukturdan sərf-nəzər etsək, ona tam layiq olduğunu və önəmsədiyini bildiyim üçün şəxsən təbrik etmişəm. Sənin bu millət üçün etdiklərinin qarşılığında “İstiqlal” ordeni də azlıq edər, bu ad nədir ki! Gizli deyil ki, son dövrlərdə hadisələrə, perspektivlərə, iqtidara, müxalifətə və onun ayrı-ayrı nümayəndələrinə münasibətdə fərqli, bəzən dramatik fərqli yanaşırıq. Sən mənim bəzi fikirlərimlə, mövqelərimlə, mən də sənin bəzi fikirlərinlə, mövqelərinlə razı deyilik. Qəbul edirəm ki, bir sıra məsələlərdə ola bilər ki, sənin yanıldığın, yanlış olduğun məlum olacaq, bir sıra məsələlərdə isə mənim.

Eyni zamanda, sənə olan hücumlardakı səmimi olanlardan daha çox fürsətçiləri, paxılları, insafsızları da görürəm və bunlara qarşı sənin yanında olduğumu bildirirəm. Sən Azərbaycanın ən istedadlı adamlarından, qüdrətli söz, qələm ustalarından birisən. İnanıram ki bu istedad əvvəllər olduğu kimi gələcəkdə Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan insanına, xeyrə xidmət edəcəkdir. Bir daha səni ən görkəmli nümayəndələrindən biri olduğun peşə bayramın və sabahkı ad günün münasibəti ilə təbrik edirəm”.

22. 07. 2015.

pia.az


Etiket: Pənah Hüseyn


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar