Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziyad Səmədzadə qanunu belə pozur - Foto

Bəzi deputatlığa namizədlər seçki məntəqələsinin yerləşdiyi inzibati binalarda görüşlər keçirir...

Sfera.az-ın məlumatına görə, bu cür faktlar sosial şəbəkələrdə tənqid obyektinə çevrilir. Bu il yanvarın 22-də isə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizədi Ziyad Səmədzadə Azərbaycan İqtisad Universitetində bu ali məktəbin müəllim və işçi heyəti ilə görüş keçirib və görüşlə bağlı foto instagram-da paylaşılıb.

Paylaşımda ümumi sözlərlə seçicilərdən Z.Səmədzadəyə səs istənilib. Məsələ burasındadır ki, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 28 saylı məntəqəsi Səbail rayonu, İstiqlaliyyət küçəsi – 6 ünvanındakı Azərbaycan Dövlət İqtisad Universitetində yerləşir. Başqa sözlə, Z.Səmədzadə seçki məntəqəsinin inzibati binasından təşviqat məqsədi üçün istifadə edib.

Bundan başqa, dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat məqsədləri üçün istifadə edilə bilməz. Xatırladaq ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir: 74.4.1. bu Məcəllənin 90.2-ci maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələri nəzərə alınmaqla); 74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara; 74.4.3. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə. Beləliklə, görünən odur ki, Z.Səmədzadə qanunvericiliyin tələblərini pozub. İndi qalır professorun rəqiblərindən birinin Dairə Seçki Komissiyasına şikayət etməsi, yaxud Mərkəzi Seçki Komissiyasının müvafiq monitorinq qrupunun bu təşviqatla bağlı təbir görməsi...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar