Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kirayə evlərlə bağlı maraqlı fakt: Manat ucuzlaşdıqca ödənişlər bahalaşacaq

Ekspert: “Bunu sosial layihə adlandırmaq olmaz, əksinə cəmiyyətdə aqressiyaya səbəb olur”...

Bir neçə il öncə “sosial evlər” adı altında təqdim olunan layihə, sonradan əsl sosiallığından uzaqlaşdı və adı “güzəştli mənzillər”ə çevrildi. Halbuki, evi olmayan gənc və aztəminatlı ailələrin sevincinə səbəb olmuşdu.

Ötən il İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən daha bir layihə meydana çıxdı - kirayə evlər. Elanlarda bildirilirdi ki, 20 il müddətinə evlər faizsiz, öz qiymətinə vətəndaşlara təqdim olunacaq. Bu günlərdə açıqlanan qiymətlər isə hər kəsi heyrətləndirdi. Belə ki, kirayə evlərin bir kvadratmetri 1800 manatdan başlayan qiymətlərlə satılacaq.

Əmlak Ekspert Mərkəzinin (ƏEM) rəhbəri Ramil Osmanlı AYNA-ya şərhində deyib ki, İKZF adından açıqlanan rəqəmlər yekun rəqəmlər deyil: “Fondun nümayəndələri ilə danışdım. Onlar bildirdilər ki, bu, yekun rəqəmlər deyil. Eyni zamanda bu rəqəmlərin məntiqi yoxdur. Xırdalan şəhəri ilə “Neftçilər” metrostansiyası ərazisində yerləşən evlərin qiymətlərinin eyni olması mümkün deyil. Ümumiyyətlə, mən evlərin kvadratmetr üzrə orta qiymətlərinin açıqlanmasının tərəfdarı deyiləm. Burada söhbət mənzilin aylıq kirayə qiymətindən getməlidir, nəinki alış üzrə kvadratın orta dəyərindən”.

“Xüsusi bir məsələ var ki, vətəndaşlar bunu bilməlidirlər. Evlərin faiz dərəcələri xərclərdə nəzərdə tutulmasa da, İpoteka və Kredit Zəmanət Fondu bu mənzilləri yerləşdirdiyi istiqrazlardan əldə etdiyi gəlirlər hesabına alır. Həmin istiqrazlar üzrə gəlirlər fondun xərcləri kimi mənzillərin qiymətlərində özünü göstərə və bu da illik 3 faiz hesablana bilər”, - həmsöhbətimiz bildirib.

Ekspert kirayə evlər layihəsinin şərtlərində də promlemlər olduğunu deyib: “Məsələn, məhkumluğu olan insanlara kirayə evin verilməməsi. Bir insan cəzasını çəkib və azad olunubsa, ona niyə kirayə ev verilməsin? Əksinə, belə insanların cəmiyyətə yenidən inteqrasiyası üçün həmin insanın şəxsi evinin olması ən vacib məqamlardan biridir. Ailəli və subay şəxslərə tətbiq olunan xərclərdə də müəyyən məqamlar var. Subay vətəndaşın 500 manat sərbəst vəsaiti qalırsa, onun 50 faizinə kirayə ev hesablana biləcək. Bu da məntiqə uyğun deyil”.

Qiymət məsələsinə gəldikdə, R.Osmanlı qeyd edib ki, evlərin yerləşdiyi əraziyə görə qiymətlər fərqli olacaq: “Bu gün paylaşılan qiymətlər inandırıcı deyil”.

İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya açıqlamasında indiki şərtlərin ədalətsiz olduğunu deyib: “Sosial layihə olduğuna görə, gənc ailələrə və aztəminatlı ailələrə yönəlik bir addım kimi düşünülürdü. Bir də evlərin qiymətlərinin faizsiz hesablanacağı deyilirdi. Amma indi qeyd edilən qiymətlərə baxanda məlum olur ki, faizlər öncədən hesablanıb evin qiyməti kimi alıcılara təqdim olunur. İkinci bir məsələ ondan ibarətdir ki, kirayə verilən evlərin sayı çox azdır. İndiki dövlət qurumları öz balanslarında olan evləri, guya kirayə şərtləri ilə satışa çıxaracaq. Mənzillərin sayının az olmasını və faizlərin öncədən hesablanıb mənzil qiyməti kimi təqdim olunmasını nəzərə alsaq, deyə bilərik ki, vətəndaş uzun illər, amma nisbətən az məbləğ ödəyəcək”.

O, başqa bir məqama da diqqət çəkib: “Amma əsas məqamlardan biri də odur ki, manat bu illər ərzində dəyərdən düşərsə, devalvasiya olarsa, kirayə evlərin qiymətində də artım olacaq. Çünki müqavilənin şərtlərində var ki, gələcəkdə manat dəyərdən düşərsə, evlərin qiymətlərində fərq olacaq və aylıq kirayə pulu da artacaq. 20 il mümkün deyil ki, manat sabit qalsın və bu da o deməkdir ki, aylıq ödənişlər artacaq”.

“Məsələn, bu gün kirayə ev alıb aylıq 550 manat ödəyəcəksinizsə, bir neçə ildən sonra manat dəyərdən düşəndə aylıq ödəniş bir neçə dəfəyə kimi arta bilər. Bunu sosial layihə adlandırmaq olmaz. Bir sözlə, cəmiyyətdə bu cür şərtlərlə sosial layihənin təqdim edilməsi aqressiyaya səbəb olacaq”, - deyə Natiq Cəfərli qeyd edib.

pia.az


Etiket: kirayə evlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar