"Beşiktaş" baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb...
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu bunu uğursuz nəticələrlə əlaqələndirib.
İstanbul nəhəngi rəsmi saytı vasitəsilə Avcı ilə vidalaşdığını bəyan edib: "İdarə Heyətimiz Abdullah Avcı ilə yolları ayırmaq qərarına gəlib. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".
"Beşiktaş"da baş məşqçi postuna ən real namizəd Sərgən Yalçın göstərilir.
pia.az