Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

“İctimaiyyətin qınağına ehtiyac var” - İradə İbrahimova

"Gizli deyil ki, balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var"...

Bu sözləri ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan balıqların yox olmasına şərait yaranır:

"Aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir. Çünki araşdırmalar göstərir ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Ona görə də ictimaiyyətin, dəstəyinə, qınağına ehtiyac var.

Hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibət bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq. Brakonyerlərə səslənirik ki, balıqların kökünü kəsməyə yönələn qəddar əməllərə son qoysunlar.

Bu gün hamımızın üzərinə düşən odur ki, balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlanmasına qarşı çıxaq və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verək".

İ. İbrahimova daha sonra fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcəyini qeyd edib:

"Müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir.

“Xəmsə” formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar