Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Prezidenti: “Haftara verilən dəstək onu ərköyünləşdirib"

“Liviyada münaqişənin hərbi yolla həllinin mümkün olmadığı qənaətindəyik”...

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə mətbuata birgə bəyanatında deyib.

“Haftarın (Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftar-red.) hücumları artırması onun münaqişənin həllində maraqlı olmadığını göstərir. Haftara verilən dəstək onu ərköyünləşdirib. Liviyalı qardaşlarımızı yalnız qoymayacağıq. Türkiyə və Almaniya problemlərin dialoq yolu ilə həllinə tərəfdardır”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Almaniya kansleri ilə görüşdə Avropa İttifaqı–Türkiyə münasibətlərinin də müzakirə olunduğunu qeyd edib: “Türkiyə və Almaniya miqrant məsələsində Avropanın yükünün böyük bir hissəsini öz üzərinə götürüb. Avropa İttifaqı və təşkilata üzv dövlətlərin suriyalılara daha çox yardım etməsi insanlıq vəzifəsidir. İdlib son günlərdə Əsəd rejiminin ağır hücumlarına məruz qalmaqdadır. İdlibdə zülmün bitməsi üçün hər kəs Əsəd rejiminə təzyiq etməlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar