Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baron”un icra başçısı olan qardaşının biznesi ortaya çıxdı - Fotofakt

Qadağan olunmasına baxmayaraq Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olur.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilən "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə"nin 5-ci naddəsində qeyd olunur ki, İcra hakimiyyətlərinin başçıları elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

PİA.az xəbər verir ki, qadağan olunmasına baxmayaraq Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olur.

Məlumat üçün bildirək ki, Mübariz Əhmədzadə daha əvvəl Qax rayon İcra Hakimiyyətinin başçısı olduğu zaman (27.12. 2007 - 1.09.2009) rayonun Qaxbaş kəndində 2 mərtəbəli istirahət kompleksinin tikintisini sifariş edib. Qax rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Cuma oğlunun 21.02.2008-ci il tarixli 29 saylı sərəncamı ilə sifarişçi Mübariz Əhmədzadə Cuma oğlunun obyektinin tikintisinə icazə verilib.

Qeyd edək ki, Qaxbaş kəndindəki 2 mərtəbəli istirahət kompleksi İcra başçısının yeganə kommersiya obyekti deyil. Mübariz Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan 24 gün sonra, 25.09.2009-cu il tarixində "Qax-Avto" MMC adlı şirkət təsis edib.

Onu da qeyd edək ki, Mübariz Əhmədzadə "Dövlət Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Çoşqun Əhmədzadənin və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadənin atalarıdır. (Yeniavaz.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar