Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

XİN Azərbaycan vətəndaşlarına Çində qeydə alınan ölümcül virusla bağlı xəbərdarlıq edib

XİN-dən xəbərdarlıq...

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

XİN-dən PİA.az-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxub və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan edilib:

XİN

Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

· kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

· xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

· canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

· kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq).

· yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

· sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

https://www.who.int/ith/2020-0901_outbreak_of_Pneumonia_caused_by_a_new_coronavirus_in_C/en/

Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.

Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Çin XİN

Şərh yazın.


loading...

Ən çox oxunanalar