Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlili zəlil gününə qoyanlar - “Məktublarım Rövnəq Abdullayevə çatdırılmır”

Əlillər nədən narazıdılar?...

Təəssüf ki, Azərbaycanda əlillər hələ də bir çox hallarada əhalinin haqsızılıqla üzləşən, sosial təminatında ciddi problemləri olan təbəqələrindən biri olaraq qalmaqdadır. Bəzən əlillərə üz tutduqları, qanuni haqlarını tələb etdikləri qurumlarda süni əngəllər, problemlər yaradaraq, sanki bilərəkdən əhalinin bu nisbətən köməksiz kəsimini dövlətdən, hökumətdən narazı salmağa çalışırlar.

“AzPolitika.info”-ya müraciət edən ikinci qrup əlil, 1984-cü il təvəllüdlü, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Zaur Şərifov 24, mənzil 28 ünvanında qeydiyyatda olan Sədullayev Hamlet Elxan oğlu hələ 2006-cı ildə, 22 yaşında Neft-Qaz Tikinti Trestinin Dəmir-Beton Məmulatları Zavodunda fəhlə işləyərkən, iş yerində baş verən qəza nəticəsində ağır bədən xəsarətləri alıb.

Belə ki, qaldırıcı kranın trosundan açılan bir neçə tonluq boru H.Sədullayevin üzərinə düşərək, bədəninin bir tərəfini əzib. Nəticədə gənc yaşında bir ayağından məhrum olan H.Sədullayevə yalnız ikinci dərəcəli əlillik verilib...

Lakin H.Sədullayevin şikayəti əlillik dərəcəsi, sosial təminatının və mənzil probleminin acınacaqlı vəziyyətilə bərabər, sadəcə normal protezlə təmin olunmaması və bu səbəbdən hərəkət qabiliyyətini itirməsilə bağlıdır: “Mənə 10 il bundan əvvəl protez təyin olunub. Ancaq bu günə qədər həmin protezin lazımi keyfiyyətdə olmaması səbəbindən normal hərəkət edə bilməmişəm.

Dəfələrlə onun dəyişdirilərək, normal, nisbətən də olsa müasir, yəni normal hərəkətimi, adi tələblərimi yerinə yetirməyə imkan verən formada yenisilə əvəz olunmasını xahiş etmişəm. Nəhayət, sonuncu dəfə 2018-ci ilin noyabrında yeni protez hazırlanıb. Ancaq o, əvvəlkindən də betər olduğundan, kəsilmiş ayağımın protezlə birləşmə yerində yara, kista əmələ gətirib.”

Bundan sonra H.Sədullayev yenidən həmin protezi hazırlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edib.

Orada həkimlər H.Sədullayevin onların hazırladıqları yararsız protez ucbatından əmələ gələn yaranın yerini müalicə etdirdikdən sonra yenidən mərkəzə müraciət etməli olduğunu bildiriblər. Lakin yaranı müalicə etmək mümkün olmadığından, əmələ gələn kista əməliyyatla kəsilərək götürülüb.

H.Sədullayev bu mərkəzdə düzəldilən protezin dəfələrlə yararsız olduğunu bildirərək, normal protez olmadığı təqdirdə, müalicənin əhəmiyyətinin olmayacağını həkimlərin diqqətinə çatdırıb: “Üç dəfə Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidovun qəbulunda olmuşam. Hər dəfə də məni normal protezlə təmin etmək əvəzinə müalicəyə göndərib. Hansı ki, mənə ya bu mərkəzin normal protez təqdim etməsi, ya da SOCAR-a belə bir protezi düzəldə bilmədiklərinə dair arayış göndərməsi lazımdır. Və mən də bu arayış əsasında Neft-Qaz Tikinti Trestinin mənim xaricdə istehsal olunan normal protezlə təmin olunmağımı, bunun üçün vəsait ayırmasını tələb etməliyəm. Lakin Protez-Ortopedik Bərpa Mərkəzi nə məni normal protezlə təmin edir, nə də SOCAR-a belə bir arayış verir...”

Ancaq əlilin dərdi təkcə aryış dərdi də deyilmiş. Məsələ ondadır ki, E. Abdullayev Neft-Qaz Tikinti Trestində işlədiyi vaxtlar istehsalat prosesində texniki təhlükəsizlik tələblərinə riayət edilməməsi səbəbindən gənc yaşında ömürlük şikəst edilən fəhləsinin protezi üçün vəsait ayırmaqdan boyun qaçırır.

Belə ki, H.Sədullayevin normal hərəkətini təmin edə bilən protezlər “Medicom Ortopedy” şirkətində var. Lakin sözügedən müəssisə cəmi 18 min manat qiyməti olan həmin protezi almaqdan imtina edir: “İşlədiyim və şikəst olduğum müəssisədə mənə dedilər ki, bizim sənə 18 min manata protez almağa imkanımız yoxdur. Doğrusu, bu, mənə inandırıcı gəlmir. Mənə elə gəlir ki, müraciətlərim, məktublarım hörmətli Rövnəq Abdullayevə çatdırılmır. Yoxsa mənə qarşı bu haqsızlığın, biganəliyin başqa izahını tapa bilmirəm...”

Həm də mənzil problemi olan, uzun illərdir yataqxanada yaşamağa məhkum edilən və bu çətin şərtlər daxilində İki məktəbli uşaq böyüdən H.Sədullayev demək olar ki, hərəkət imkanından məhrumdur. Əlilliyə görə aldığı müavinətdən başqa heç bir gəlir yeri yoxdur. Onu heç olmasa normal protezlə təmin edib, pis-yaxşı bir tikə çörəyini qazanması üçün hansısa iş tapmasına isə şərait yaradan yoxdur.

Ancaq H.Sədullayev yenə də ümidini üzmür və “AzPolitika.info” vasitəsilə ölkə başçısı İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eləcə də SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət edən Hamlet Sədullayev, nəhayət ki, onun sadaladığımız problemlərinin həllinə yardım etmələrini, yaşamaq, işləmək hüququnun bərpa edilməsini xahiş edir. (azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar