Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Bakıda "Moskva-Bakı-mədəniyyətlər dialoqu" adlı konfrans keçirilib

Yanvarın 24-də Bakıda "Moskva-Bakı-mədəniyyətlər dialoqu" adlı konfrans keçirilib...

APA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, "Tass" Agentliyinin direktor müavini Mixail Qusman, Rusiyanın Xarici İşlər naziri mətbuat katibi Mariya Zaxarova, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko, AzərbaycanRusiyanın hökumət və dövlət nümayəndələri, eləcə də mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransın açılışında çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən təsis olunan Bakı prosesinin müxtəlif formalarda öz işini davam etdirirdiyini bildirib. O, "Moskva-Bakı-mədəniyyətlər dialoqu"nun mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini diqqətə çatdırıb: "Həmçinin biz konfransın Mixail Qusmanın yubileyinə təsadüf etməsinə çox şadıq. Bildirmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə M.Qusman "Şərəf" ordeni ilə təltif edilib. Bu orden münasibətilə bir daha bütün qonaqlar adından M.Qusmanı təbrik edirik".

Sonra "Tass" Agentliyinin direktor müavini Mixail Qusman çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, Azərbaycan xalqının hər zaman sülhsevər və qonarpərvər olduğunu diqqətə çatdıraraq RusiyaAzərbaycan arasında əlaqələrin hər zaman yükdək səviyyədə olduğunu vurğulayıb".

Konfrans çıxışlarla davam edib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar