Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azneft”də yeni təyinatlar olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yeni təyinatlar olub...

“Azneft”dən “Report”a verilən məlumata görə, Elmir Qaragözov Birliyin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər.

Bu münasibətlə “Azneft” İB-də təqdimat mərasimi keçirilib. Əvvəlcə, SOCAR-ın İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsinin rəisi Mahal Mehdiyev və “Azneft” İB-nin İnsan Resursları Departamanetinin rəisi Cavid Umbayev yeni təyinatlarla bağlı müvafiq əmrləri diqqətə çatdırıblar, onların iş fəaliyyəti barədə məlumat veriblər.

Yeni vəzifələrə təyin olunan şəxsləri təbrik edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov şirkətin struktur bölmələri arasında “Azneft” İB-nin əhəmiyyətini xüsusi olaraq vurğulayıb, gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.

Sonda Elmir Qaragözov və Balaəli Cəfərov çıxış edərək onlara göstərilən yüksək etimada görə SOCAR və “Azneft” İB-nin rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.

pia.az


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar