Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

II Yelizaveta “Brexit” sazişini təsdiqlədi - Britaniyanı Avropa İttifaqından kənarda nələr gözləyir?

Böyük Britaniyanın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatdı...

Politoloq: “Avropa İttifaqı Britaniyanın İttifaqdan belə tezliklə çıxmasına əngəl olacaq”.

“İttifaqdan çıxmaqla İngiltərə qlobal müstəvidə öz mövqeyini gücləndirmək, yeni dünya nizamında İttifaq tərkibində fəaliyyət göstərməməyi planlayır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Böyük Britaniya kraliçası II Yelizavetanın “Brexit” sazişini təsdiqləməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib. Bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd qanuni statusunu alıb və krallığın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatıb.

Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını nəzərdə tutan “Brexit” prosesi ilə bağlı 2016-cı ildə referendum keçirilib.

Bəs bundan sonra Böyük Britaniyada hansı proseslər baş verəcək?

Mövzunu PİA.az-ın əməkdaşı Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Böyük Britaniyanın tezliklə İttifaqdan çıxması gözlənilmir”.

Rəsmi London üçün bundan sonra çətin bir mərhələnin başladığını düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, ölkədə iqtisadi və siyasi böhran yeni hökumətlərin qurulmasına gətirib çıxaracaq. Həmçinin istefalar və əhalinin hökumət əleyhinə etirazları baş verə bilər:

“Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq üzrə prosedurların Kraliça tərəfindən təsdiqlənməsi ilə yanavarın 31 də Krallıq İttifaqdan çıxa bilər. Amma, burada çox ciddi siyasi-iqtisadi əsaslar var. İngiltərə İttifaqa təzminat ödəməli və Avropa İttifaqının şərtlərinə əməl etməlidir.

Hesab edirəm ki, Böyük Britaniya bu mərhələni keçməklə, heç də İttifaqdan tezliklə çıxmayacaq. Bu mərhələ müvəqqəti də dayandırla bilər. Çünki, bu proses ölkədə iqtisadi probelmlərə gətirib çıxara bilər. Həmçinin Şotlandiya İttifaqın tərkibindən çıxmamaq haqqında qətnamə qəbul edir. Göründüyü kimi Brext ölkənin bölünməsi ilə qarşı-qarşıyadır. İttifaqdan çıxmaqla İngiltərə qlobal müstəvidə öz mövqeyini gücləndirmək, yeni dünya nizamında İttifaq tərkibində fəaliyyət göstərməməyi planlayır.

Məhəmməd Əsədullazadə: “İngiltərə İttifaqa təzminat ödəməli və Avropa İttifaqının şərtlərinə əməl etməlidir”.

Düşünürəm ki, Avropa İttifaqı Britaniyanın İttifaqdan belə tezliklə çıxmasına əngəl olacaq. Göründüyü kimi İttifaqın parçlanması bununla başlaya bilər. Rəsmi London üçün bundan sonra çətin bir mərhələ başlayır. Böyük Britaniya uzun illərdir ki, İttifaqla bir tərkibdə olan qanunlarını koordinasiya edəcək və ölkənin əsas qanunvericiliyində dəyişikilər edəcək.

Ölkədə iqtisadi və siyasi böhran yeni hökumətlərin qurulmasına gətirib çıxaracaq. Həmçinin istefalar və əhalinin hökumət əleyhinə etirazları baş verə bilər. Böyük Britaniyanın tezliklə İttifaqdan çıxması gözlənilmir. Baxmayaraq ki, hüquqi mərhələ yekunlaşıb”.

Nərminə UMUDLU

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar