Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Narkotacir heroini Qobustanda daş altında gizlədib

Bakının Qaradağ rayonunun polis əməkdaşları üç kiloqramdan artıq narkotik maddə aşkar ediblər...

Rayon Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, onlar ötən ilin dekabrında tutulan narkotik alverçisi, Cəlilabad rayon sakini Teymur Əhmədovla bağlı aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində aşkarlanıb.

Qeyd edək ki, əvvəllər RusiyaAzərbaycanda məhkum olunmuş 40 yaşlı T.Əhmədov dekabrın 1-də qanunsuz narkotik məhsullarının satışı, hədə-qorxu və şantaj yolu ilə pul tələb etməkdə şübhəli bilinərək tutulub.

Onun “Hyundai” markalı avtomobilində aparılan axtarış zamanı 455 qram heroin, elektron tərəzi və balta, mənzilindən isə içərisində 12 ədəd patron olan “Kalaşnikov” avtomatı aşkar edilərək götürülüb.

Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakinini sosial şəbəkələrdə böhtan xarakterli məlumatların yayılması ilə hədələyərək, ondan 50 min manat pul tələb etdiyi və onun “VAZ-2109” markalı avtomobilini qarət etdiyi müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, T.Əhmədov həbs olunmadan öncə satdığı dərmanların bir hissəsini Qobustan ərazisində böyük bir daşın altında gizlədə bilib.

Yanvarın 23-də əməliyyatçılar göstərilən yerdə 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkar ediblər.

Faktla bağlı araşdırmalar davam edir.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: heroin


loading...

Ən çox oxunanalar