Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azəriqaz" xüsusi iş rejiminə keçəcək

"Azəriqaz" hava şəraitinin kəskin dəyişəcəyi proqnozu ilə əlaqədar xüsusi iş rejiminə keçəcək...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 24-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə yaydığı məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində xüsusi iş rejimi tətbiq olunacaq.

Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, Birliyin rəhbərliyi tərəfindən bu məsələyə dair bütün struktur bölmələrə müvafiq tapşırıqlar verilib. Əmək normaları çərçivəsində istehsalatda işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi diqqətə çatdırılıb.

Bundan başqa, gözlənilən hava şəraitində qəza hallarının qarşısının operativ şəkildə alınması üçün idarə və müəssisələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Təhlükəsizlik qaydalarına uyğun olaraq qaz paylayıcı stansiya və qaz tənzimləyici məntəqə ərazilərində odlu işlərin görülməsi dayandırılacaq.

“Abonentlərdən xahiş olunur ki, hər hansı qəza nəticəsində baş verən qaz sızmaları, sərfiyyat artdığına görə qazın normal rejimdə verilməsində qeydə alına biləcək çətinliklər və s. hallarda Birliyin 104/185 Çağrı mərkəzinə zəng etsinlər. Eləcə də (+994 77) 3 104 104 saylı operativ “WhatsApp” nömrəsinə yazılı, səsli və ya görüntülü mesajlarla məlumat verilməsi xahiş olunur”, - deyə “Azəriqaz”dan bildirilib.

pia.az


Etiket: Azəriqaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar