Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bitib-tükənməyən “pul sevdası”, “qaçanlar”, gizli planlar...

Oynadığı klublardan "pul məsələsinə" görə ayrılan futbolçular...

Xəbər verdiyimiz klmi, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Ağdam təmsilçisi ilə maliyyə məsələlərində razılaşmadığına görə, klubdan ayrılaraq Birləşmiş Ərəb Əmirliyinin “Bneyas” klubuna keçib. 30 yaşlı yarımmüdafiəçi rəhbərlikdən 700.000 dollar tələb etsə də, tərəflər anlaşmayıb.

Bu, Azərbaycan futbolunda rastlaşdığımız ilk belə hal deyil. Bundan öncə də çox sayda futbolçu oynadığı klubdan maliyyə məsələlərinə görə ayrılıb.

Yeni Sabah.az həmin futbolçularla bağlı kiçik araşdırma edib. Sözügedən oyunçuları diqqətinizə çatdırırıq:

Ruslan Abışov

Azərbaycan millisinin 2012-ci ildə “Neftçi”ni “ağ-qaralar”ın əzəli rəqibi “Xəzər Lənkəran”a dəyişmişdi. Lənkəran təmsilçisinin R.Abışova “Nefçi”də qazandığı məbləğdən daha çox pul verməsinə görə, futbolçu şöhrət qazandığı klubla yollarını ayırmışdı. Deyilənlərə görə, XL onun üçün 2 illik müqavilə qarşılığında 1.1 milyon ödəyəcəkdi. Bildirilirdi ki o, “Neftçi”də oynayarkən “Xəzər Lənkəran”la gizli danışıqlar aparırmış. O zamanlar Bakı klubunun azarkeşləri isə futbolçunu bu addımına görə qınayır, oyunlarda fitə basırdılar.

Hətta “UltraNeftçi” fan klubunun keçmiş rəhbəri Ceyhun Əzizli müsahibələrinin birində Bakı klubunun gizli planlarından da danışmışdı: “Mən Rusan Abışova görə Tahir Süleymanovdan o qədər söz eşitmişəm ki… Abışov "Xəzər Lənkəran"a gedəndə onlar mənə deyirdilər ki, "o, pula satıldı, getdi Lənkərana. Çıx bir açıqlama ver ki, Abışov satıldı".

Lakin Azərbaycan millisinin sabiq oyunçusu “gəmiçilər”in heyətində cəmi 15 oyun keçirib daha sonra “Rubin”lə (Kazan, Rusiya) anlaşmışdı. Qeyd edək ki, 2017-ci ildə yenidən “Neftçi”yə qayıdan futbolçu tərəfdarlar tərəfindən tənqidlərə məruz qalıb. O, keçən ilin iyununda isə “Sabah”a keçib. Bu zaman azarkeşlər sosial şəbəkələrdə onun “Xəzər Lənkəran”la anlaşmasını yada salmış, futbolçunun “Neftçi”yə qayıtmasının bəri başdan düzgün olmadığını yazmışdılar. 32 yaşlı oyunçunun “Sabah”a keçidinin də pula görə olduğu deyilirdi.

Rauf Əliyev

Azərbaycan milli komandasının sabiq hücumçusu 2013-cü ildə “Qarabağ”dan “Bakı”ya keçmişdi. Onun “Qarabağ”dan ayrılmasının səbəbi isə yüksək maaş istəməsi olmuşdu. Tərəflər buna görə anlaşa bilməmişdi. “Bakı”nın prezidenti Hafiz Məmmədov isə futbolçunun transferi üçün onun təklif etdiyi məbləğlə razılaşmışdı. Bildirək ki, o, Bakı klubunda 31 oyuna 7 qol vurub.

Əfran İsmayılov

“Qarabağ”ı “Bakı”ya dəyişən futbolçu təkcə Rauf Əliiyev deyil. Onunla birgə Əfran İsmayılov da “qaçıb” gedib. “Bakı”ya keçən 31 yaşlı yarımmüdafiəçinin “pul sevdası”na düşüb Ağdam təmsilçisindən ayrılması haqqında xəbərlər yayılmışdı.

Cavid Hüseynov

Qəbələ”nin sabiq kapitanı keçən ilin yayında “qırmızı-qaralar”ı “Zirə”yə dəyişmişdi. Onun “Qəbələ”dən ayrılmasının səbəbi maddiyyatla əlaqələndirilirdi. 31 yaşlı yarımmüdafiəçinin “Qəbələ”də yaranan “pul böhranı” səbəbindən klubla yollarını ayırdığı deyilirdi. O, əyalət təmsilçisinin heyətində ümumilikdə 89 oyuna çıxıb və 16 qola imza atıb.

Vüqar Nadirov

Millinin sabiq hücumçusu digərləri ilə müqayisədə daha çox “alver”də iştirak edib. Futbolçu 2015-ci ildə “Qarabağ”dan, 2018-ci ildə də “Səbail”dən məhz maliyyə məsələlərində anlaşmadığına görə ayrılıb. “Qarabağ”ın yetirməsi bunu özü müsahibələrində açıqlayıb. O, “Səbail”dən ayrılmasını bu cür şərh etmişdi:

“Səmimi deyəcəm, pul məsələsində anlaşa bilmədik. Əvvəlkindən daha az maaş təklif etdilər. Həmin məbləğə orada qala bilməzdim. Düşündüm ki, ən yaxşısı getməkdir”.

Aqil Məmmədov

Hazırda “Neftçi”nin futbolçusu olan Aqil Məmmədov 2015-2016-cı illərdə də Bakı təmsilçisində forma geyinib. Lakin həmin illərdə maliyyə məsələsində anlaşa bilməyən tərəflər ayrılmaq qərarı vermişdi. AZAL-a keçən qapıçı 25 oyunda meydana çıxa bilmişdi. Qolkiper müsahibələrinin birində “Neftçi”dən ayrılmasını bu cür əsaslandırmışdı: “Şərtlər qane etmədiyinə görə ayrıldım. Əvvəlki aldığım maaşdan daha az pul təklif etmişdilər”.

Qeyd edək ki, A.Məmmədov hazırda “ağ-qaralar”ın əsas heyətinə düşməkdə çətinlik çəkir. O cəmi 4 oyunda meydanda ola bilib.

Stiven Monroz

2017-ci ildə “Qəbələ”nin heyətinə daxil etdiyi fransız futbolçu ötən ilin iyununda “Neftçi”yə keçib. Sosial şəbəkələrdə bəzi azarkeşlər onun Bakı klubuna keçidini birmənalı qarşılamayıblar. Deyilənlərə görə, 28 yaşlı hücumçunun əyalət təmsilçisininə keçidinin səbəbi “Qəbələ”də yaranan maliyyə problemləri olub. “Qırmızı-qaralar”ın prezidenti Tale Heydərovun tutduğu vəzifəsindən istefa verməsindən və klubun büdcəsinin azalmasından sonra komandadaxili vəziyyət də dəyişib. Bu dəyişiklik Monroza da öz təsirini göstərib. Az maaşa qane olmayan futbolçu üçün “Neftçi”nin təklifi daha cəlbedici olub və “Qəbələ”dən ayrılıb.

Donald Gerye

“Qarabağ”ın sabiq futbolçusu Gerye ötən ilin sentyabrında Ağdam klubunun rəqibi “Neftçi” ilə anlaşıb. 30 yaşlı yarımüdafiəçi Ağdam təmsilçisindən daha çox pul istədiyindən, tərəflər razılığa gələ bilməmişdi. Futbolçunun “Neftçi”də ayına 35 min dollar qazandığı deyilir. “Transfermarkt” saytında futbolçunun “Qarabağ”da 800 min avro qazandığı yazılırdı. Deyilənlərə görə, Donald Gerye “Neftçi”dən “Qarabağ”da oynadığı son dönəmlərdə təklif alıb. Lakin o Ağdam təmsilçisinin maaş artıracağını gözləyərək., “Neftç” ilə anlaşmaqdan çəkinib.

pia.az


Etiket: Futbolçular

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar