Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi Yevlaxa gətirilib - Video, Foto

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılaraq Yevlax rayonuna gətirilib...

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib.

Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.

Qeyd edək ki, 26 il itkin olaraq bilinən şəhid V.İbrahimovun nəşi hərbi rituallara uyğun olaraq, ailə üzvlərinin istəyi ilə bu gün Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

pia.az


Etiket: şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar