Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Seyran Ohanyan Aprel döyüşləri ilə əlaqədar dindiriləcək

Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan və digər rəhbər şəxslərin 2016-cı ilin Aprel döyüşləri ilə əlaqədar dindirilməsi gözlənilsə də, bu günə qədər onların izahatları alınmayıb...

Ermənistanın “Qrapark” nəşri məlumat verir ki, Aprel döyüşlərinin səbəblərini araşdıracaq parlament komissiyası yanvar ayının sonu, yaxud fevral ayının əvvəlində keçirilməsi gözlənilən iclasa S.Ohanyanı da dəvət edəcək.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərini araşdırmalı olan komissiya Ermənistan parlamentinin qərarı ilə 2019-cu ilin 31 mayında yaradılıb.

Komissiyanın rəhbəri Andranik Koçaryan elan edib ki, məlum hadisələrlə əlaqədar 40 nəfər vəzifəli şəxsin dindirilməsi gözlənilir.

Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində məğlub vəziyyətə düşüb.

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan parlamenti həmin məğlubiyyətin səbəblərini araşdırmaq məqsədilə araşdırma komissiyası yaradıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Seyran Ohanyan


loading...

Ən çox oxunanalar